Yuxarı

"Dünya Çempionatı 2014"ə etiraz edənlər saxlanıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın San Paulu şəhərindəbu il keçiriləcək futbol üzrə Dünya Çempionatına xərclərin çoxluğuna etiraz edənlərin 100-dən çoxu polis tərəfindən saxlanılıb.

Associated Press-in verdiyi məlumata görə, ötən gecə şəhər küçələrinə minlərlə etirazçı çıxıb və polislə toqquşmalar baş verib. İğtişaş törədənlər San Paulu otellərindən birində gizlənməyə çalışsalar da, saxlanıblar.

"Qara blok" kimi tanınan qruplaşmanın üzvləri isə polis maşınlarını çevirib, maşınlara və iş yerlərinə ziyan vurublar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Aksiya sosial media vasitəsilə "Dünya Çempionatını Dayandır Əməliyyatı" adlandırılan kampaniyanın təşkilatçıları tərəfindən təşkil edilib. Təşkilatçılar bu aksiyanın yayda futbol üzrə Dünya Çempionatına qədər keçiriləcək aksiyaların başlanğıcı adlandırıb.

Ötən il də Braziliyanın müxtəlif şəhərlərində milyonlarla insan küçələrə çıxaraq, çempionata çox vəsait xərclənməsinə qarşı etiraz aksiyaları keçirmişdi (Anspress).

Tarix
2014.01.26 / 14:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla