Yuxarı

Bakıda yeni hava limanı açılır - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir.

Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi binasının 2011-ci ilin martında başlayan inşası artıq başa çatıb və daxildə tamamlama işləri aparılır.

Oxu.Az xəbər verir ki, artıq kompleksin yeni binasının hansı vaxtda açılacağı da məlumdur.

Belə ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, bu, tezliklə baş tutacaq:

"Yeni kompleks 2014-cü ilin martında istifadəyə veriləcək".

Qeyd edək ki, yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər. Kompleksin ümumi sahəsi 65 min kvadrat metr təşkil edir.

Üçbucaqşəkilli bina 4 mərtəbədən ibarətdir.

Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək.

Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq.

Aviasərnişinlərə xidmət yüksək dünya standartlarına cavab verəcək.

Tarix
2014.01.21 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla