Yuxarı

20 Yanvar Türkiyədə anıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmir Azərbaycan Mədəniyyət Evi və Yardımlaşma Cəmiyəti 20 Yanvar şəhidlərini anma toplantısı kecirib.

"Axar.az" xəbər verir ki, öncə Cəmiyətin yərləşdiyi binanın qarşısında insanlara şəhidlərimizin xatirəsinə ehsan paylanılıb.

Sonra tədbir şəhidlərimizi bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Cəmiyətin katibi Cavid Əliyev 20 yanvarda baş verənlərdən və o günün Azərbaycan xalqı ücün cox əhəmiyəytli bir gün olmasından danışıb:

"20 Yanvar Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. O gün bizim ücün birlik və həmrəylik günü idi. Və xalqımız çoxlarına gözlədiyinin əksini göstərərək, "Bizi heç kim tutduğumuz yoldan döndərə bilməz" - dedi o gecə".

Tarixci İsmət Alparslan isə o günlərdəki informasıya blokadasından söhbət açaraq, bütün çətinliklərə baxmayaraq, bu blokadanı yararaq Azərbaycandakı qardaşlarımıza qarşı edilən haqsızlığı min bir əziyyətlə Türk oxucusuna çatdırmağı bacardıqlarını xatırladıb.

Təshil Nazirliyinin əməkdaşı Adnan Sansayın da o günlərə ekskursuya edərək xalqımızın çətin günlər yaşadığını, lakin dünya birliyinin hələ də bu hadisələrdən xəbərsiz olduğunu vurğulayıb:

"Ermənilər olmayan hadisələri olmuş kimi dünya ictimaiyyətinə catdırır. Və hətta bəzi ölkələrə bu yalanlarını qəbul da etdirib. Biz isə çox yaxın tarixdə dünyanın gözü qarşısında baş verənləri niyə gündəmə gətirməyək? Hesab edirəm ki, bu cür hadisələri yad etməyimiz və yeni yetişən nəslimizə çatdırmaq borcumuzdur".

Türkiyədə Yaşayan Azərbaycan Aydın Qadınlar Qrupunun üzvü Könül Qəribzadə isə 132 insanın şəhid olduğu, 700-dən artıq insanın yaralandığı o gecənin insanlarımızın Azadlıq ruhunu qırmağa hesablandığını, lakin hər şeyə rəğmən xalqımızın əzmlə mübarizə apardığını xatırladıb. 1918-ci ildə bir kərə qaldırılan, 1920-ci ildə endirilən üçrəngli bayrağımızın bir daha yüksəklərə qaldırıldığını vurğulayıb.

TYAAQQ üzvü Nigar Börək də o gecə baş verənlərdən danışaraq bu olayın təkcə Azərbaycanlılara yox, bütün Sovetlər birliyinə mesaj vermək üçün rus KQB-sinin hazırladığını, sadəcə, Azərbaycan xalqını yaxşı tanımadıqlarının məhz o olaydan sonra bəlli olduğunu qeyd edib:

"Rus rəhbərlər hesab edirdilər ki, bununla xalqımız susacaq və digər Sovetlər birliyinə daxil olan xalqlar da sakitcə əvvəlki həyatlarını yaşayacaqlar. O isə tam əksinə oldu. Xalqımız bu olaydan sonra bir olub, daha da əzmlə Azadlıq uğrunda mübarizə apardı".

Tahirə Məsimzadə də o gecənin şahidi olaraq xatirələrini danışaraq Türk insanına məlumat verib. Və bir gecədə yüzlərlə şəhid verməyimizə rəğmən, insanlarımızn Bakı küçələrini şəhidlərin anısına qərənfillərlə süslədiyini xatırladıb.

Tarix
2014.01.20 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla