Yuxarı

““Yeni Müsavat” dağıdıcılıq və pozuculuqla məşğuldur” - Müsahibə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin AzNews.az-a müsahibəsi:

- Milli Şuranın ötən gün keçirilən sessiyasını necə dəyərləndirmək olar?

- Milli Şuranın 91 üzvündən 62 nəfəri sessiyada iştirak edirdi. Onlardan 6 nəfər həbsdə, 8-i xaricdə olduğundan iclasa qatıla bilməmişdilər.

Milli Şura hazırkı siyasi vəziyyəti, 2014-cü ilin fəaliyyət istiqamətlərini, təşkilatlanma məsələlərini müzakirəyə çıxardı və qurumun Koordinasiya Şurasını formalaşdırdıq.

Əlbəttə, bu istiqamətdə işlər davam etdiriləcək. Koordinasiya Şurasına və Sədr Aparatına yaxın aylarda əlavə üzvlərin qəbulu da mümkündür.

Bütövlükdə sessiyanı müsbət dəyərləndirirəm. Çünki Milli Şura bu sessiya ilə irəliyə doğru bir addım atdı və fəaliyyət istiqamətlərini müəyyənləşdi.

- Ancaq bu sessiya istefalarla da yadda qaldı. "El" hərəkatının iki üzvü - Köçəri Nağıbəyli və Rahim Bağırov istefa verib...

- Biz istefa verənlərlə bağlı məlumatı Milli Şuranın sessiyası başa çatandan sonra "Yeni Müsavat" qəzetinin səhifələrindən oxuduq.

- Məgər, sessiyanın gedişində sizə belə bir məlumat verilməyib?

- Xeyir, biz bu barədə məlumatı "Yeni Müsavat"dan oxuduq. Bilirsiz ki, bu dəqiqə Milli Şuraya qarşı əsas dağıdıcılıq və pozuculuq işini bu qəzet aparır. Məlumatı da bu qəzetin səhifələrində oxuduq.

Adamların istefa qərarlarını çox normal qəbul edirəm. Həmin adamlar Milli Şuraya öz qərarları ilə gəlmişdi, istədikləri zamanda da getdilər. Milli Şura demokratik bir təşkilatdır.

Oraya kimsə gələ də bilər, gedə də bilər. Məsələn, dünən sessiyaya bizim çox tanınmış ziyalımız, professor Rəhman Bədəlov gəlmişdi. O, sessiyada iştirak etdi. Bu ictimai marağın bir göstəricisidir. O, Milli Şuranın üzvü deyil.

- Baş verənlərlə bağlı Rüstəm İbrahimbəyovla fikir mübadiləsi apardınızmı?

- Dünən sessiyadan sonra danışmaq imkanı olmayıb. Amma yanvarın 15-də telefon danışığımız olub. Rüstəm müəllim Milli Şuranın gələcək fəaliyyətini yüksək dəyərləndirir.

O hesab edir ki, Milli Şura fəaliyyətini davam etdirməlidir. Çünki buna Azərbaycan cəmiyyətinin ehtiyac var. Fikrimcə, Milli Şuranı təşkilatlandırmaq, bir az da genişləndirmək lazımdır.

- Rüstəm İbrahimbəyovun Fəxri sədr postunda qalmasından xəbəri oldumu?

- Şübhəsiz ki, onun bundan xəbəri oldu.

-Sessiyada Hacıbaba Əzimovla Mehdibəy Səfərov arasında qalmaqal yaşanıb. Mehdibəy Səfərov Hacıbaba Əzimovun Milli Şuradan çıxarılmasını tələb edib. Onun bu tələbinə baxılacaq?

- Mən sessiyada onun çıxışını dinlədim. Mehdibəy Səfərov hesab edir ki, Hacıbaba Əzimov Koordinasiya Şurasında təmsil olunmamalıdır. Əslində heç bir qalmaqal da baş verməyib. Biz də onun fikrini normal qarşıladıq.

Diqqətinə çatdırım ki, Milli Şurada qərarlar səsvermə ilə qəbul olunur. Bir nəfərin rəyi ilə addım atmaq olmaz. Əlbəyaxa davanın olması da yalandır. Belə bir hadisə olmayıb.

Dünən "Haqqın.az", "Virtual.az"da sessiya başa çatmamış çoxlu sayda yalan məlumatlar yayılıb. Bu xəbər də həmin yalan məlumatlardan biridir.

Tarix
2014.01.17 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla