Yuxarı

Müxalifətin qərarı bu gün bəlli olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı vətəndaş müharibəsinin müzakirə ediləcəyi 2-ci Cenevrə konfransına çox az vaxt qalıb, amma müzakirədə iştirak edəcək tərəflərin bir-birinə qarşı necə rəftar edəcəyi hələlik bəlli deyil. Müxaliflər qərarlarını bu gün İstanbulda keçirəcəkləri toplantıda verəcəklər.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Milli Koalisiyası yanvarın 22-si İsveçrənin Montrö şəhərində başlayacaq 2-ci Cenevrə Konfransında iştirak edib-etməyəcəyinə bu gün İstanbulda keçirəcəyi toplantıda qərar verəcək. Keçən həftə İstanbulda keçirilən sonuncu toplantıda Səudiyyə Ərəbistanının dəstəklədiyi Əhməd Cərbənin yenidən başqan seçilməsi narazalığa səbəb olmuşdu, bununla əlaqədar 114 üzvü olan koalisiyanın 44 üzvü etiraz olaraq istefa vermişdi. Qətərin namizədi keçmiş Baş nazir Riyad Hicabın isə seçkiləri uduzandan sonra öz tərəfdarları ilə birlikdə hərəkət etdiyi qeyd edilib.

Ölkə xaricindəki müxalifətin hər toplantısına fikir ayrılıqları öz damğasını vurur. Suriyadakı müxalif qruplar da qarşıdurmalara davam edir. İraq-Şam İslam Dövləti (İŞİD) ilə digər müxalif qruplaşmaların arasında son iki həftə ərzində yaşanan qarşıdurmalar nəticəsində ən azı 1100 adamın öldüyü açıqlanıb. Ölənlərdən 130-nun sıravi vətəndaş olduğu bildirilir.

Tarix
2014.01.17 / 13:43
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək - Paşinyan

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla