Yuxarı

Qubad İbadoğlu Hesablama Palatasına əlavə səlahiyyət istədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Büdcə ilə bağlı formal xarakterli yox, ciddi yoxlamalar aparılmalıdır. Mövcud büdcə idarəçiliyi ilə bağlı Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır".

"Axar.az" xəbər verir ki, bu sözləri Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və Hesablama Palatasının təşkilatçılığı ilə Mariott otelində keçirilən "Dövlət vəsaitləri üzərində kənar nəzarət" konfransında çıxışı zamanı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu dedi.

O bildirdi ki, dövlət büdcəsinə nəzarət və bu sahədə yoxlamaların aparılması üçün dövlət qurumları Hesablama Palatasının üzvlərinə və auditorlara "əl çatımlı"olmalıdır:

"Hesablama Palatasının nüfuzu artırmaq üçün beynəlxalq təcrübədən nümunələr götürülməlidir. Tövsiyələrimiz odur ki, ali audit qurumunun müstəqilliyi əsas məsələsidir. Hesablama Palatası müstəqilliyi ilə bağlı əlavə qanuni normalar yoxdur. Bu normaları təsis etmək üçün konstitusiyaya dəyişiklik etmək lazımdır. Bunun üçün də referendum gərəkdir. Bu isə olduqca çətin məsələdir. Hesablama Palatasının işi geniş miqyasılıdır".

Qubad İbadoğlu onu da bildirdi ki, dövlət büdcəsindən ayrılan pulların ölkədən xaricdə xərclənməsinə də nəzarət həyata keçirməlidir:

"Hesablama Palatası haqqında qanunun 2 ci maddəsi ilə bağlı tövsiyəmiz var ki, ölkədaxili və ölkəxarici xərclərə nəzarət funksiyası, xarici dövlətlərə verilən borclar, ölkədən kənarda xərclənən pullar və s. nəzarət altında olmalıdır. Büdcəyə nəzarət funksiyasını həyata keçirən qurumun səlahiyyətlərinin artırılması bu sahədə şəffaflığın təmin edilməsinə kömək edəcək".

Tarix
2014.01.17 / 13:30
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla