Yuxarı

Çexovdan təsirlənən türk rejissor

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk kinosunun 100 illiyi çərçivəsində Amerikada təşkil edilən tədbirlər rejissor Nuri Bilgə Ceylanın "Qış yuxusu" filmi ilə başlayıb.

Axar.az xəbər verir ki, rus ədəbiyyatı ilə yaxından maraqlandığını deyən Ceylan "Qış yuxusu"nun çəkiliş texnikası və mövzusu ilə bağlı çıxış edərkən Anton Çexovun "Arvadım" (The Wife) əsərindən təsirləndiyini söyləyib.

Tədbirlər çərçivəsində ABŞ-a gələn "Qızıl Palma Budağı" mükafatlı rejissor Nuri Bilgə Ceylan "Qış yuxusu" filminin Los Anceles şəhərində yerləşən Sənət muzeyindəki (LACMA) nümayişində də iştirak edib. Ceylan LACMA Binq teatrında təşkil edilən gecədə film nümayişə başlamazdan əvvəl amerikalı kino tənqidçisi Elvis Mitçelin suallarına cavab verib.

Rejissor "Qış yuxusu"nda rus yazar Çexovun "Arvadım" əsərindən təsirlənməsi haqqında suala rus ədəbiyyatı ilə yaxından maraqlandığını, xüsusilə Dostoyevski və Çexovu zövqlə oxuduğu cavabını verib:

"Çexovun bu əsərini 25 yaşımda oxumuşam, çox təsirlənmişdim. Əhvalatı filmə uyğunlaşdırmağı o vaxt istəyirdim, ancaq hekayənin ağırlığı üzündən doğru vaxtın yetişməsini gözlədim. Rejissor olaraq kafi təcrübəyə sahib olduğumu hiss edəndə, indi çəkə bilərəm deyib film üçün işlərə başladım".

Tarix
2015.05.08 / 01:52
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla