Yuxarı

Reyqanın dünya liderləri ilə gizli telefon danışıqları - Şok detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın heç yerdə dərc olunmayan telefon danışıqlarının qeydlərinin üzə çıxması tarixçiləri çaş-baş qoyub.

Axar.az xəbər verir ki, Amerika tarixçiləri ABŞ prezidentlərinin gizli danışıqlarının Riçard Nikson dövründən sona çatdığını düşünürdülər. Ancaq Ağ Evin zirzəmisində yerləşən kəşfiyyat otaqlarından birində Reyqanın dünya liderləri ilə gizli telefon danışıqlarını qeydə aldığı məlum olub.

Tarixçi Uilyam Dolyenin Ağ Evdən "Məlumat Azadlığı Qanunu" çərçivəsində topladığı gizli səs qeydlərində sabiq prezident Reyqanın İsrail Baş naziri Menahem Beqini, Pakistan Prezidenti Ziya Ülhak və Böyük Britaniya Baş naziri Marqaret Tetçer kimi liderlərlə apardığı gizli telefon danışıqları var.


Qeydlərindən birində Kaliforniyadakı iqamətgahında ata minən Reyqanın keçmiş Suriya prezidenti Hafiz Əsədlə telefonda 13 dəqiqəlik danışığı, bir qeyddə isə Reyqan-Tetçer arasında 26 oktyabr 1983-cü ildə aparılan telefon söhbəti yer alır.


Reyqan və Tetçer arasında qeyd edilən telefon danışıqlarından birində birinci Amerika donanmasının İngiltərəyə xəbər vermədən Qrenadaya gətirilməsinə görə ABŞ lideri Tetçerdən üzr istəyir. İki lider arasında görüşlərdən birində Falkland adaları məsələsi gündəmə gətirilir, "Dəmir ledi" bu məsələdə həssas olduğu üçün telefon danışığını çox uzatmaq istəmir.

İsrail Baş naziri Beqinlə bağlı ortaya çıxarılan sənəddə isə 1982-ci ildə Livan müharibəsi zamanı Reyqan Beqindən Livan hökumət qüvvələrinin gəlməsinə qədər İsrail əsgərlərini Livandan geri çəkməyi bir neçə gün təxirə salmağı istəyir. Livan münaqişəsi səbəbindən ağır siyasi təzyiq altında olan İsrail Baş naziri Beqini bu telefon danışığından bir neçə ay sonra istefa verir.

Tarix
2014.11.11 / 23:06
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla