Yuxarı

“Rusiya Çinə boş yerə bel bağlayır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son günlər Rusiya telekanalları təbliğat aparırlar ki, Rusiya-Çin yaxınlaşması Qərbi çökdürəcək. Rusiya ilə əlaqələrin xətrinə Çin Qərblə əlaqələrinə yenidən baxacaq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Natiq Cəfərli öz Feysbuk profilində çıxış edib. O, Kremlin bütün ideoloqlarının Rusiyanın Çinlə yaxınlaşması yönümündə təbliğat apardıqlarını deyib. Ekspert gerçəkdə Rusiyanın Çinlə yaxınlığının uzaq olduğunu bildirib:

"Çinin 2013-cü ildə ticarət dövriyyəsi 4,16 trilyon, ixracı isə 2,21 trilyon dollar olub. Çinin ən böyük ticarət tərəfdaşı Avropa Birliyi ölkələridir. Bu ölkələr ilə ticarət dövriyyəsi ötən il 559,1 milyard dollar, ixracat isə 339,1 milyard dollar olub. Çinin ikinci ən böyük ticarət tərəfdaşı ABŞ-dır. Bu ölkə ilə ticarət dövriyyəsi ötən il 521 milyard dollar, ixrac 360 milyard dollar dəyərində baş tutub. Rusiyanın 2013-cü ildə Çinlə ticarət dövriyyəsi isə cəmi 89,21 milyard dollar olub".

Natiq Cəfərli Kremlin ideoloqlarının cəmiyyəti aldatdıqlarını deyib:

"Çinin AB və ABŞ-la olan ümumi ticarət dövriyyəsi 1 trilyon 80 milyard, Rusiya ilə isə cəmi 89 milyard dollardır. Çin trilyondan çox dövriyyəsi olan Qərb dövlətləri ilə münasibətlərini 90 milyard dollar dövriyyəsi olan Rusiyaya görə korlaya bilməz. Başqa bir məsələ odur ki, ABŞ-ın dövlət borclarının 3 trilyon dolları Çinədir. Yəni Çin ABŞ-ın ən böyük iqtisadi tərəfdaşıdır və Çin iqtisadiyyatı Qərb dövlətlərindən çox asılıdır. İqtisadiyyatda rəqəmlər və hesablamalar yalan olanda ölkələrə ciddi ziyan dəyir. SSRİ-nin taleyi buna ən parlaq misaldır".

Tarix
2014.11.11 / 13:04
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla