Yuxarı

Ərdoğan: "Bu, Atatürkə hörmətsizlikdir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün ölümünün 76-cı ildönümü münasibətilə təşkil olunan mərasimə qatılıb.

Axar.az xəbər verir ki, Ərdoğan Atatürkü dərin hörmətlə yad etdiyini deyib:

"Qazi Mustafa Kamalı dərin hörmətlə anırıq. Qazilərimizə və əziz şəhidlərimizə də minnətdarlığımızı ifadə edirik. Allah onlardan razı olsun. 76 il boyunca olduğu kimi, bu gün də, bundan sonra da hər il noyabrın 10-u Atatürk günü adlandırılacaq. Bir məsələni səmimi qəlbdən demək istəyirəm. Təəssüf ki, Mustafa Kamalı olmadığı kimi, çox fərqli şəkildə tarixi fiqura çevirmək istədilər. Tarix boyu onun haqqında yanlışlıqlar yayıldı. Bu zaman ərzində çox sayda Atatürk, atatürkçülük düşüncəsi çıxarıldığını kədərlə izlədik. Türkiyənin uşaqlarının və gənclərinin onu anlaya bilməsi, öyrənməsi mənim də ən böyük arzularımdan bir olub. Ən azı iki Atatürk fiqurunun yaradılması Atatürkün qavranılmasında çətinlik yaradıb. Bu ona hörmətsizlikdir. O öz millətindən ilham alırdı. Lakin bizim nəsildən əvvəl və sonra gələnlər Qazi Mustafa Kamalı bəzi süzgəclərdən keçirməklə bizə ayrı cür təlqin etdilər. Usta duruşu, həyatı boyunca tez-tez ifadə etdiyi milli iradə vurğusu həmişə arxa plana atıldı təəssüf ki...

Yeni Türkiyə planımız ilk dəfə Qazi Mustafa Kamal tərəfindən dəfələrlə söylənib. Bizim yeni Türkiyə həsrətimiz elə Mustafa Kamalın söylədiyi yeni Türkiyədir".

Xatırladaq ki, Atatürk 10 noyabr 1938-ci il tarixində saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilsə də, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Tarix
2014.11.10 / 14:49
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla