Yuxarı

“Hocam, palto ilə oturaram, təki dərsinizi dinləyim”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 iyul 1954 ci il. Tarixin bu günü Novruzovlar ailəsində Cahangir adlı körpə dünyaya göz açdı. Balaca oğlan böyük sənətkarların ətrafında yaşayaraq, həyatın və sənətin sirlərini öyrənə-öyrənə teatra, kinoya, rejissorluğa qədər gedib çıxdı...

Onunla görüşümüz İstanbulda baş tutdu. Söhbət zamanı Əməkdar artistin hələ də həyat və sənət eşqi ilə yaşadığını hiss etdim. Hamı kimi o da uşaqlıq illərindən maraqla danışırdı. Onun üçün uşaqlıq illəri hər an arxadan kölgə kimi baxırdı. Kölgələr hərəkətə gəldikcə o, daha çox Azərbaycan sənəti üçün çalışmaq istəyirdi. Özünü Azərbaycanın bir parçası hesab edən satira ustası Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov hazırda Türkiyənin Adana şəhərində Çukurova Universitetində Dövlət Konservatoriyasının professoru kimi öz fəaliyyətini davam etdirir.

Balaca Cahangir və böyük sənətkarlar...

- Ömrün ən əziz, yadda qalan xatirələri uşaqlıq illərində olur. Azərbaycanın görkəmli satira ustasının yanında böyümüsüz. Saatlarla danışa biləcəyiniz xatirlərdən nə deyə bilərsininiz?

- Bəli, uşaqlıq illərim və xatirələrimlə bağlı saatlarla danışa bilərəm. Balaca vaxtımdan elə çevrədə böyüdüm ki, tanıdığım görkəmli sənətkarlarla rəngli xatirələrim var. Bakıya getdiyimdə Fəxri Xiyabana yollanıb Nəsibə xanımı və atamı ziyarət edirəm. Anamı ziyarət etdiyim zaman oradan yatan unudulmaz yaradıcı insanlara da baş çəkirəm və yadıma uşaqlıqda yaşadığım xatirələr düşür!

- Bəs əbədi sənətkarların ətrafında böyüyüb həyatı dərk etmək sizə nə verdi?

- Bu gün qarşısnızda gördüyünüz Cahangir olmuşam. O insanlarla təmasda olmaq, onların davranışlarını, söhbətlərini, zarafatlarını görmək başqa bir duyğudur. (Gülür) Hər sözlərinin içində zarafat yox, zərafət var idi. Onlar zarafatın deyil, zərafətin nə olduğunu bilən insanlar idi. Düşüncə tərzlərini hələ də xatırlayıram... Bu yaşadıqlarım məndə dərin izlər buraxıb. Hər bir insan yaşadığı, böyüdüyü mühitdən nəsə götürür.

Mən oranın bir parçasıyam...

- Uzun illərdi vətəndən kənarda yaşayıb Türkiyədə fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, ölkədən kənarda yaşayan azərbaycanlılar ölkəmiz üçün nə edir?

- Artıq 95-ci ildən Türkiyədə yaşayıram. Azərbaycan üçün ilk günümdən bu günə qədər darıxıram. Sevimli vətənim üçün burnumun ucu göynəyir. Azərbaycan mənim sevimli vətənimdir, mən oranın bir parçasıyam. Biz Azərbaycandan çıxaraq sadəcə Türkiyədə deyil, dünyanın bir çox ölkələrində yaşasaq da, ölkəmiz üçün çalışmalıyıq. Hər birimiz istər Amerikada, istər Yaponiyada olaq, dünyananın hansı köşəsində olur-olsun öz vətənimizin adının uca tutulması üçün çalışmalıyıq.

- Başqa bir ölkədən, lap elə Türkiyədən baxanda Azərbaycan teatrında və kinosunda baş verənlər necə görünür?

- Həqiqətən bu mövzu dərin və vacib mövzudur. Amma bu mövzu haqqında sənəti anlayan və dərk edən insanın danışmaq haqqı ola bilər və belə insanlar bir araya yığışıb sənət siyasəti və xəritə hazırlamalıdır ki, sistemli bir inkişaf olsun. Hardan gəldi, təsadüfi olmaz... Sistemli şəkildə olması çox vacibdir. Bu gün Azərbaycan kinosu və teatrı öz tarixi keçmişinə layiq bir yerdə deyil. "Arşın mal alan" əsərinin 100 illiyi üçün yenilənən filmin həyata qaytarılması bizim kinomuzun, teatrımızın 45-ci ildə hansı səviyyədə olduğunu ortaya qoydu. O filmdəki çəkilənləri bugünkü filmlərdə görmürsən. Bu gün də Azərbaycanda istedadlı, bilgili insanlar var. Onu da deyim ki, Azərbaycan xalqı çox yetənəklidir. Bu xalq qanı sənətlə yoğrulmuş xalqdır. Amma bir əksiklikyimiz var - o istedadlı insanlar qızıl kimidir, ancaq qızıldan düzgün istifadə olunanda nələrsə əldə etmək olur.

İşığ sənətkarın üstünə düşən zaman

Müasir gəncləri düşüncəsini, milli ruhunu qorumaqla formalaşdırmaq lazımdır. İstedadlı insanları öyrətmək üçün bəlli bir proqram olmalıdır. Bu proqramda "bu mənim oğlumdur, nəvəmdir, dostumdur" olmamalıdır. Səhnə elə bir yerdi ki, sən kimin oğlu olursan ol, ora çıxdınsa oradakı tamaşaçı sənin anana və atana görə əl çalmayacaq. İşığ sənətkarın üstünə düşdüyü zaman sən heç yerdə gizilənə bilməzsən! İstedadlı adam qapıda nizə tutsa belə tanınacaq. Xaricdən peşəkarları dəvət edib Azəbaycan sənətini yuxarı qaldırmaq olmaz. Gənclər başqa ölkələrə gedib yüksək səviyyədə təhsil almalıdır.

Artur Millerin ofisində bizim əsərlər asılıb

- Onu da deyim vətənimizdə rəssamlıq da var və bu sənətlə Azərbaycan dünyada tanınır. Bu gün dünyanın hansı ölkəsinə gedirsən-get, orada məşhur rəssamlarımızın əl işləri maraqla qarşılanır və alınır. Yaddıma bir söhbət düşdü. Bu söhbəti yaxşı xatırlayıram. Hüseynağa Atakişiyev o zaman Amerikaya gedib Artur Millerin ofisində ölkəmizin məşhur rəssamlarının əsərini görür. Ona da bu hədiyyəni Çingiz Aytmatov veribmiş. Baxın, bizim sənət baş köşədə... (Sevinir, daha maraqla davam edir). Azərbaycan rəssamlıq sənəti, ədəbiyyatı, musiqisi, teatr sənəti zəngin olub. Bilirsiniz, bu nədəndir? Belə insanların yetişməsi o zamandan, o dövrdə aldığı təhsildən asılı idi. Bu gün zaman başqadır. Gözləməyin ki, yenidən belə bir şey olacaq. Yeni potensialı olan gəncləri XXI əsrin səviyyəsində yetişdirmək, qidalandırmaq lazımdır. Qida da təhsildədir. Çox gözəl bir söz var. Bu gün hər hansı bir ölkənin qarşısına çıxan problemlər dünənki təhsildən doğur. Əgər bizim təhsilimiz zəifdirsə, sabah bizim qarşımıza ağlımıza gətirmədiyimiz problemlər çıxacaq.

İstedadın işığı ilə getmək lazımdır...

Ona görə də Azərbaycan sənətinin inkişafı üçün peşəkar səviyyədə fəaliyyət göstəilçəlidir. Hətta məni də sayıb, oraya dəvət edərlərsə, sevinərəm, mən də öz düşüncələrimi, necə deyərlər, o qabın içinə qoyaram ki, bizim millətimiz yararlansın bundan. Hörmətli İlham Əliyevin sərancamına əsasən, yeni binalar, konsert salonları tikilir. Bu binaların texnologiyasına uyğun kadrlar yetişdirilib, hazırlanmalıdır, onları seçmək lazım olan yerlərə göndərmək lazımdır. Burada tapşırıq olmamalıdır. Haqq eləyən, Azərbaycan sənətini sabahlara götürən, ən əsası, yüksəklərə götürə biləcək insanlara düzgün bir şəkildə yol göstərmək lazımdır. Mən elə bilirəm ki, bu işlə məşğul olunsa, Azərbaycanın istər teatr, istər kino sənəti beş-on il içində başqa yerlərədə olacaq. Son illər Azərbaycan kinosu çox da yüksək səviyyədə deyil. Doğru demək lazımdır. İstedadın işığı ilə getmək lazımdır. Bir də sənəti analyan insanlar, sənəti içi ilə, ruhu ilə hiss edən insanlar idarə etməlidir.

Palto geyinib oturur

- Türkiyədə təhsil alan tələbələrlə Azərbaycanda təhsil alanlar arasında nə fərq var? Türk tələbəsi müəllimindən nə istəyir?

- Mən on yeddi ildir dərsə gəlməyən tələbənin nə olduğunu bilmirəm. Təbii, problemi olanda üzr istəyir, gəlmir. Mənim dərsimə tələbəm xəstə olanda belə gəlir. Soruşuram ki, xəstəsən niyə gəlmisən? Deyir, hocam, üşüsəm də, palto geyinim oturum, dinləyim. Mən 89-ci ildə Azərbaycanda dərs demişəm və belə bir istəklə nadir halda qarşılaşmışam. Biliyə istək olmalıdır, o da ailədən gələn bir şeydir.

Balaca, ağ şamlar...

Biz müsahibəyə başlayanda hava işıqlı idi. Bir anlığa pəncərədən bayıra baxdım ki, hava qaralıb, demə, İstanbulda artıq axşam düşüb, hətta balaca, ağ şamlar ətrafa işıq saçırdı. Dedim, bəlkə bir xatirə şəkili çəkdirək? Razılaşdı. Onun sol tərəfində oturdum, bir şəkil çəkdirdik və beləcə, yaşıl jaketli adam uşaqlıq illərindən xoş xatirə olan "Qayınana" filmini ağlından keçirə-keçirə məkandan uzaqlaşdı. Yenidən yaxınlamşaq üçün...

Tarix
2014.11.09 / 09:00
Müəllif
Nigar İsmayılqızı
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla