Yuxarı

Aqressiyadan qurtulmaq istəyənlərin menyüsünə - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həddindən artıq aqressiv olmaq insan orqanizmində ciddi fəsadlara gətirib çıxara bilər".

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Təhminə Çələbi aqressiya və bundan qurtulmağın yollarından danışarkən deyib.

Onun sözlərinə görə, aqressivlik insanın xarakterindən, temperament tipindən, sosial mühitdən asılıdır:

"Elə insanlar var ki, onlar hər hadisəyə görə dərhal reaksiya verir. Xolerik temperamentli insanlar öz aqressiyası ilə digərlərindən seçilir. Burda insanın xarakter tipi və sinir sistemi çox önəmlidir. Bəzən sosial mühitdə elə hallar ola bilər ki, ən sakit insan belə aqressiv ola bilər. Bu məqamda psixoloji durumun önəmi böyükdür. Üst-üstə yığılan stress insanda gərginlik yaradır. Gərginlik isə aqressiyaya səbəb olur. Son zamanlar tıxaclar, sosial problemlər insanlarda aqressiya yaradan başlıca səbəbdir. Aqressiya, neqativ hisslər insan sağlamlığına hədən artıq mənfi təsir göstərərək orqanizmdə bir çox xoşagəlməz xəstəliklərin yaranmasına yol açır".

Psixoloq bundan qurtulmağın yollarını da açıqladı:

"Öncə insanı aqressiv edən səbəb tapılmalıdır. Təsadüfi deyil ki, Avropa ölkələrində iş yerlərində maketlər olur və işçilər əsəbiləşəndə məhz həmin maketi vuraraq öz aqressiyaların çıxarırlar. Buna görə də insan öz emosiyalarını yaşamalıdır ki, aqressiyadan vaxtında qurtula bilsin. İnsan çox əsəbi olanda bir kağıza öz hisslərini yazıb daha sonra cırıb atmaqla da bundan qurtula bilər. Önəmli olan aqressiyanın insandan çıxmasıdır. Təmiz havada gəzmək, özünə vaxt ayırmaq, yoqa meditasiyası ilə məşğul olmaq da aqressiyadan qurtulmağa kömək edir. Ən yaxşı halda insan əgər əsəbini həmin şəxsin üzünə deyə bilmirsə, ən azı yazı vasitəsilə bu hissləri özündən uzaqlaşdırmalıdır".

Tarix
2014.11.09 / 00:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla