Yuxarı

Füzuli Ələkbərovun federasiyasında yenə də dava düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdo ürə milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov və Ağayar Axundzadə arasında dava düşməsi barədə məlumat vermişdik. Belə ki, cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaherin postundan getdikdən sonra Hacıağa Hacıəhmədov onun yerinə yeni təyin olunmuşdu.

Həmin vaxt bu təyinat iki məşqçinin arasını vurub. Belə ki, Ağayar müəllim əvvəlki postuna qayıtmağı hədəfləyibmiş.

Amma federasiyanın son qərarı onu razı salmayıb. Ağayar Axundzadə və Hacıağa Hacıəhmədov arasında dava düşmüşdü.

Ağayar müəllim Hacıağa Hacıəhmədovu baş məşqçi postuna "xüsusi xahiş"lə getməkdə günahlandırılmışdı. Bundan sonra iki həmkar arasında mübahisə düşüb. Hadisənin böyüməsinin qarşısını idmançılar almışdılar.

Publika.az-ın federasiyaya yaxın mənbədən əldə etdiyi məlumata görə, iki məşqçi arasında münasibətlər yenidən gərginləşib. Belə ki, Hacıağa Hacıəhmədovun milliylə məşqi zamanı Ağayar Axundzadə müdaxilə edib, göstəriş verməyə çalışıb. Bu hərəkət işini görməyə çalışan Hacıağa müəllimin heç də xoşuna gəlməyib.

Bu zaman onlar arasında mübahisə yaşanıb. Verilən məlumata görə, mübahisə edən tərəfləri idmançılar sakitləşdiriblər.

Ağayar Axundzadə mübahisə zamanı Hacıağa Hacıəhmədova millinin səviyyəsinin aşağı olmasını və uğursuzluğu da xatırladıb. Günahkar olaraq Hacıəhmədovu görüb.

Xatırladaq ki, millinin indiki məşqçi Hacıağa Hacıəhmədovun da vəzifəsindən getmə ehtimalı çoxdur. Bu barədə məlumat vermişdik. Çünki Hacıağa müəllimin gəlişindən sonra millinin uğurlarında heç də irəliləmə olmayıb. Əksinə, idmançıların uğursuzluqları daha çox olub. Bu da rəhbərliyin sərt reaksiyasına səbəb olmuşdu.

Tarix
2014.11.08 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla