Yuxarı

Sələmçini yandıran və silahlı basqın edənlər kimdir? - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb bölgəsində baş verən iki kriminal hadisə bu həftəyə öz damğasını vurdu. Nə qədər mistik və bir-birinə yaxın görünsə də, hər halda, istintaqın bu iki cinayət arasında bir yaxınlıq müəyyən edəcəyi istisna olunmur.

Axar.az qeyd edir ki, söhbət Gəncədə əl-ayağı bağlanaraq evində yandırılan sələmçi qadın və qonşu Şəmkirdə bir ailəyə silahlı basqından gedir. Hər ikisi qarət məqsədi ilə törədilən bu işdə həm coğrafi, həm məzmun, həm də zaman yaxınlığı hiss olunur. Bu hadisələrin törədilməsində eyni cinayətkar mütəşəkkil dəstənin izlərinin olduğu ehtimal edilir.

Gəncədə mənzildə əlləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitin aşkar edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Pərvanə İsmayılovanın yaşadığı mənzildə əlləri və ayaqları bağlı vəziyyətdə yanmış meyiti aşkar edilib. Onun sələmçi olduğu bildirilir.

Şəmkir rayonunda isə evə silahlı basqın olub. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Maska taxmış, odlu və soyuq silahlarla silahlanmış 4 nəfər 1958-ci il təvəllüdlü Hüseyn Səfərovun evinə basqın edib. Evdən 6600 manat, 1 milyon rus rublu və xeyli qızıl-zinət əşyaları aparan silahlılar ev sahibinə, onun həyat yoldaşı 62 yaşlı Ağgül Səfərovaya, 32 yaşlı oğlu Ruslan Səfərova və 23 yaşlı gəlini Röyalə Səfərovaya soyuq silahla bədən xəsarətləri yetiriblər.

Həmçinin evə qonaq gəlmiş Gədəbəy rayon sakini, 61 yaşlı Qətibə adlı qadın da hücuma məruz qalıb. Yaralılardan 4-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Silahlı basqını törədənlərin tapılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bu iki cinayətin başında eyni silahlı qruplaşmanın dayandığı ehtimal edilir.

Tarix
2014.11.08 / 08:45
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla