Yuxarı

Elektron hökumətlə bağlı sərt sözlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elektron hökumət portalı ilə bağlı prezident fərmanları və hökumətin qərarları olmasına baxmayaraq, hələ də icra yoxdur".

Axar.az xəbər verir ki, söz sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz Feysbuk hesabında yazıb.

O qeyd edib ki, elektron hökumət portalında heç bir yenilik aparılmır:

"Elektron hökumət portalını analiz edəndə diqqəti cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, uzun müddətdən bəri "Təsdiq olunan xidmətlər siyahısından qurumun öz saytında olanlar" parametri dəyişmək bilmir. Bu isə o deməkdir ki, hökumət tərəfindən təsdiq edilən və sayı təxminən 450 olan xidmətlərdən təxminən 80 xidmət hələ də elektron formaya keçirilmir. Yəni, əslində, təsdiqlənən xidmətlərin elektron formaya keçirilməsi, portala inteqrasiyası ilə bağlı prezident fərmanları və hökumətin qərarları olmasına baxmayaraq, icra yoxdur. Nə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi, nə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı hər hansı açıqlama verir. Sanki aidiyyəti qurumlar da bununla barışıblar".

Tarix
2014.11.06 / 15:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla