İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
02:32
Ana səhifə Planet |
Suriyanın Hələb şəhərində müxaliflərə qarşı Əsəd qüvvələrinin tərkibində döyüşən İran generalı Cabbar Dirisavi öldürülüb.
Axar.az xəbər verir ki, İran mediası faktı təsdiq edərək İnqilab Gözətçiləri ordu komandirlərindən olan general Cabbar Dirisavinin öldürüldüyünü bildirib.
İranda fəaliyyət göstərən "Mersaad" saytının xəbərinə görə, İran İnqilab Gözətçiləri qüvvələrinin Kərbəla qərargahının komandanı olan 45 yaşlı general İslam cəbhəsi ilə Əsəd qüvvələri arasında yaranan qarşıdurmada öldürülüb.
Yayılan məlumatlara görə, general Suriyada yerləşən "Zeynəb" türbəsini qoruyurmuş. Generalın cənazəsi əvvəlcə paytaxt Tehrana, oradan da doğulduğu Əhvaz şəhərinə göndərilib.
Tarix
2014.10.16 / 23:33
|
Müəllif
Şəmsəddin Ənsar
|