Yuxarı

Nəqliyyat Nazirliyinin sözçüsü nədən müalicə alır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyinin mətbuat xidməti demək olar ki, üç aydır fəaliyyətsizdir. Jurnalistlərin hər zaman suallarını cavablandıran, efirdə tez-tez çıxış edən nazirlik sözçüsü Namiq Həsənov əvvəlki qədər fəal deyil, zənglərə cavab vermir.

Axar.az bu müəmmanın səbəbini araşdırarkən nazirlikdən bildirildi ki, həmkarımız Namiq Həsənovun səhhətində yaranmış problemlər onun uzun müddətdir işindən kənarda qalmasına səbəb olub.

Nazirliyin mətbuat xidmətindən deyildi ki, N.Həsənov avqust ayından etibarən bu günə kimi müalicə olunur:

"Namiq müəllim şəkər xəstəsidir. Bu səbəbdən müalicəsi hələ də davam edir. Nə vaxtdan etibarən işə çıxacağı məlum deyil. Şəkər olduğu üçün işə çıxması ləngiyib. Yaydan etibarən işə gəlmir. Ancaq mobil telefon vasitəsilə jurnalistlərin suallarını cavablandırmağa çalışır".

Qeyd etmək lazımdır ki, dövlət qurumlarının mətbuat xidmətləri arasında hər zaman Nəqliyyat Nazirliyi fəallığı ilə seçilib. Lakin son aylarda müşahidə olunan bu passivlik azmış kimi, N.Həsənovu əvəz edəcək bir əməkdaş belə yoxdur ki, suallarımızı ətraflı cavablandırsın. Sanki nazirliyin media sahəsi bir şəxsdən asılı qalıb. N.Həsənovun isə yoxluğu bu istiqamətdə nəinki boşluq yaradıb, ümumiyyətlə mətbuat xidməti iflic olub.

Axar.az olaraq həmkarımıza şəfa diləyirik və tez bir zamanda işini bərpa etməsini arzulayırıq. Nazirliyə gəlincə, katib gələnə qədər mətbuatın suallarını cavablandıracaq bir xidmət əməkdaşı ayrılarsa, yaxşı olar.

Tarix
2014.10.16 / 22:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla