Yuxarı

Azərbaycan Ordusunda yoxlamalar başlandı - Foto/Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə müəyyən olunmuş qrafikə uyğun Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, keçirilən yoxlama zamanı şəxsi heyətin və döyüş texnikasının vəziyyətinə, o cümlədən Silahlı Qüvvələrin qarşısında duran döyüş tapşırıqlarının yerinə yetirilməsinə diqqət yönəldiləcək.

Plana əsasən şəxsi heyətin, döyüş və avtomobil texnikasının, silah və sursatın, maddi-texniki təminat vasitələrinin yerdəyişməsinə hazırlıq, uzaq məsafəyə marş imkanları, hərtərəfli təminatı, sutkanın müxtəlif vaxtlarında və real iqlim şəraitində kolonlarla hərəkətdə qarşılıqlı əlaqə və idarəetmə bacarıqları, təyin olunmuş rayonlarda gizli yerləşmə, növbəti döyüş tapşırığının yerinə yetirilməsi üçün tam hazırlıq vəziyyətində olma imkanları yoxlanılacaq.

Tarix
2014.10.16 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla