Yuxarı

Abid Şərifov: "Heç birinin sənədi yox idi, amma..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sovetski"də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.

A.Şərifov vurğulayıb ki, "Sovetski" sakinlərindən kim istəsə, qalıb orada yaşaya bilər.

Bəzi vətəndaşların kompensasiyanın azlığından şikayət etməsinə münasibət bildirən Baş nazirin müavini vurğulayıb ki, verilən kompensasiya az deyil: "Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. "Mən 15 kvadratmetr ərazidə yaşayıram, onu satsam, gedib özümə başqa yerdən ev ala bilməyəcəm" məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, buna vaxt lazımdır. Amma kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunurlar. Heç kim evindən zorla çıxarılmır".
Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə, A.Şərifov qeyd edib ki, heç kimin sənədsiz evi sökülmür: "Bu günə qədər kim deyə bilər ki, kiminsə sənədsiz evi sökülüb, vəsait verilməyib. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb vəsait ödənilməyib. Bu, ola bilməz. 3-cü mikrorayonda, "Xutor"da evlərin 90 faizinin sənədi yoxdur, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma hamısına kompensasiya ödənilib. Heç kim narahat olmasın".

Tarix
2014.10.16 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla