Yuxarı

Başına pul qoyulan çeçen liderin FSB qatilindən etiraf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Aluç 9 saat Türkiyə polisi tərəfindən dindirildikdən sonra öz cinayətini etiraf edib.

Axar.az xəbər verir ki, Aluç Mədəd Ünlünün öldürülməsi haqqında əmrin Rizvan Ezbulatov tərəfindən verildiyini bildirib.

O, Ezbulatovun Mədət Ünlünü öldürməsinə görə ona külli miqdarda pul da verdiyini bildirib. Türkiyənin "Takvim" qəzeti isə Ezbulatovun Murad Aluça cinayəti yerinə yetirməsi üçün əvvəlcə 40 min dollar və 20 min TL verdiyini deyib. Aluç ifadəsində bir bu qədər də pulu cinayətdən sonra alacağını söyləyib. O, Ezbulatovun Mədəd Ünlünün Çeçenistana gedəcək maliyyəni kəsdiyini və öz maraqları çərçivəsində xərclədiyi haqqında ifadələr işlətdiyini də vurğulayıb.

Aluçun ifadəsindən onun cinayətdən iki gün keçmiş ölkəni tərk etdiyi bəlli olub. O, Ezbulatovun Mədəd Ünlünün qətlindən dərhal sonra Ukraynada gizləndiyini bildirib. Türkiyə polisi isə apardığı araşdırmalardan sonra Rizvan Ezbulatovun ölkəyə dəfələrlə gəlib-getdiyini öyrənə bilib. Aluç Kadırov və Rusiya xüsusi xidmət orqanları ilə Ezbulatovun bağlılığı, onların hansından əmri nə məqsədlə alması haqqında sualı cavablandırmayıb.

Qeyd edək ki, Mədəd Ünlu keçən ilin mayında qətlə yetirilmişdi. O, Çeçen İçkeriya Respulikasının Türkiyədəki Diasporunun rəhbəri kimi tanınırdı. Ünlü Rusiya və Kadırova qarşı sərt mövqeyi ilə seçilirdi. Onun Ərdoğanla da yaxın dost olduğu deyilmişdi. Mədəd Ünlünün ölümü üçün Murad Aluça Kadırov tərəfindən göstəriş verildiyi ilə bağlı müəyyən iddialar səsləndirilmişdi. Bu iddialar içərisində əmrin FSB-dən gəldiyi ilə bağlı məqamlar da yer almışdı.

Bəzi mətbuat orqanları isə Mədəd Ünlünün Kadırovu təhqir etməsindən sonra öldürüldüyünü bildirmişdi. Həmçinin, Kadırovun bu ölümə görə Aluça 1 milyon dollar verdiyi iddia edilirdi. Ünlünün ölümündən iki gün sonra Aluçun Rusiyaya qaçdığı xəbəri yayılmışdı.

Xatırladaq ki, o, Aslan Məshədovdan sonra çeçen mücahidlərinin lideri olan Əbdül Xalim Sadullayev tərəfindən o zaman Çeçen-İçkeriya Respublikasının ikinci vitse-prezidenti Əhməd Zakayevin təklifi ilə Türkiyədə səfir vəzifəsinə təyin olunmuşdu. Sadullayev isə bundan bir il sonra, yəni 2006-cı ildə qətlə yetirilmiş və onu bu vəzifədə Doku Umarov əvəz etmişdi.

Onu da vurğulayaq ki, Türkiyədə indiyə qədər 6 çeçen lider qətlə yetirilib. Onların qətllərinin hər birində Rusiyanın əli olduğu güman edilir.

Tarix
2014.10.16 / 11:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla