Yuxarı

“Ərdoğanın səfərinin alt qatında mühüm məqamlar dayanır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ məsələsi Türkiyənin xarici siyasətində ön yerdədir və hər iki ölkənin siyasi elitasının fikri üst-üstə düşür".

Bunu Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan və Türkiyə prezidentlərinin bugünkü görüşünü şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Ərdoğanın Türkiyədə 9-cu seçkiləri qazandıqdan sonra ilk səfərini Azərbaycana etməsi simvolik, nümunəvi bir addım kimi ənənəyə çevrilmiş bir hadisə deyil, eyni zamanda, iki ölkə arasında əməkdaşlığın ən yüksək zirvədə olmasının göstəricisidir:

"Bu səfər müxtəlif nəzərdə tutulmuş proqramların, əməkdaşlıq üzrə mühüm sənədlərin nəzərdən keçirilməsi və regional siyasətdə böyük dəyişikliklərin olması baxımından da əlamətdar bir görüşdür. Xüsusən də hərbi təhlükəsizlik sahəsində intensivləşmə var. Buna bir müddət öncə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü təkan verdi. Əslində bu səfərin alt qatında təhlükəsizlik və hərbi məsələlərin ön planda olmasına heç bir şübhəm yoxdur. Bir çox dairələrin bu səfərə "Fətullah Gülən" məsələsi kontekstindən yanaşması kökündən yalnışdır. Azərbaycan bununla bağlı addım atarkən bütün məqamları nəzərə aldı. 130 ölkə içərisindən məhz Azərbaycanın seçilməsi onu göstərdi ki, hansısa məktəblər, dini-məzhəbi bağlılıqlar iki qardaş ölkənin daimiliyinə kölgə sala bilməyəcək. Dünyəvi dövlət quruculuğunda təhsilin dini qurumlarla bağlılığı yolverilməzdir. Səfərdə Azərbaycan və Türkiyənin məlum Rusiya-Ukrayna konflikti kontekstindən və geosiyasi baxımdan çıxış yolları da nəzərdən keçiriləcək. Naxçıvanda hərbi bazanın yaradılması ilə özünü göstərə bilər. Hesab edirəm ki, bu səfər həm tarixi məlum müqavilələr, həm də iki ölkə arasındakı münasibətlər və Gürcüstanla birgə hərbi sahədə yeni formatların yaradılması zərurətini özündə əks etdirir".

Zahid Oruc onu da qeyd etdi ki, Ərdoğan, Davudoğlu və Mövlud Çavuşoğlu kimi dövlət rəsmilərinin sözügedən vəzifələri tutması onu sübut edir ki, iki ölkənin siyasi elitası birləşib və Qarabağ məsələsi Türkiyənin xarici siyasətində ön yerdədir. Bölgənin konfiqurasiyasında Ermənistanla məsələnin həlli kontekstində bütün hallarda Azərbaycanın maraqları əsas tutulacaq.

Xatırladaq ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdədir.

Tarix
2014.09.03 / 15:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla