Yuxarı

Rusiya Ukraynadan sonra Baltikyanı ölkələri işğal edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi, politoloq Zbiqnev Bjezinski Rusiyanın Ukraynaya qoşun yeritməsilə bağlı olduqca maraqlı fikirlər söyləyib.

Axar.az xəbər verir ki, Bjezinski CNN telekanalına verdiyi müsahibəsində sentyabrın 4-də Uelsdə keçiriləcək NATO sammitindən çox şey gözlədiyini deyib.

"Rus qoşunları, rus tankları sərhədi keçir, rus artilleriyası atəş açır, separatçılar rus silahları ilə silahlanır. Bu, ciddi təhdiddir", - Bjezinski deyib.

"Mən NATO-nun aktiv və etibarlı İttifaq olmasının sübutunu, yəni ümumi təhlükəsizliyin təmini məsələsində qəti addımlar ata biləcək bir qurum olduğunun əməldə təsdiqini gözləyirəm. Bu, tərkibində amerikalıların, ingilislərin, fransızların, almanların və italyanların təmsil olunduğu NATO qüvvələrinin Baltikyanı, hətta Polşa ərazisində cəmləşməsi məsələsinin dəqiqləşməsi deməkdir".

Politoloq bildirib ki, NATO Rusiyaya ciddi xəbərdarlıq etməlidir:

Ruslara siqnal vermək lazımdır ki, bu ölkələr Ukrayna deyil. Əgər Putin Ukraynada qələbə çalsa, o, eyni strategiyanı Baltikyanı ölkələrə tətbiq edəcək".

Tarix
2014.09.02 / 12:58
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla