Yuxarı

Ali məktəbə girənlər oxumağın daşını nədən atır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu problem daha çox yüksək bal toplamış abituriyentlərdə müşahidə olunur".

Bunu Axar.az-a açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bu gün "universitetə qəbul oldum, oxumaq bitdi" kimi yayqın olan bir problemi şərh edərkən deyib.

Onun sözlərinə görə, problem daha çox yüksək bal toplayan kasıb ailələrin uşaqlarında özünü göstərir: "Buna səbəb olan ən mühüm amillərdən biri abituriyentin hazırlıq prosesində həddən artıq yorulması və ona verilən rol keçidləri adlandırdığımız, yəni bir prosesdən başqasına keçid mərhələsində doğru qərarın verilə bilməməsi ilə bağlıdır. Bu isə müxtəlif situasiyalarda baş verir. Bir qism yeniyetmə 9-cu sinifdən başlayaraq daha yaxşı oxuyur, başqa bir qismdə isə proses tam əksinə gedir. Bu, eynilə nişanlılıq dövründə normal olan münasibətlərin evlilik sonrası korlanmasına bənzəyir. Buna psixologiyada rol keçidlərində yaranan problemlər deyirlər. Əgər uşağın dərs oxuma prosesində axsamalar ortaya çıxırsa, burada əsas rol birbaşa valideynin üzərinə düşür. Valideyn övladına ilk semestrdə adaptasiya deyilən bir prosesi keçməyə yardım etməlidir. Ancaqbelə olan təqdirdə tələbə ali məktəb savadına yiyələnə bilər. Sözügedən məsələnin ailədaxili imkanla heç bir əlaqəsi yoxdur. Yüksək nəticə ilə ali məktəbə daxil olan kasıb ailələrin uşaqları urbanizasiya mühitinə düşdükdə tamam dəyişir və pis yönlənməyə başlayırlar. Belələrinin əsas arqumenti "dayday"a-tapşırığaçevrilir."Kim ki oxumur, bu həyatda daha üstün mövqe qazanır" statusu ilə özlərini aldatmağa başlayırlar. Bu isə valideyn–övlad münasibətlərinin öncədən düzgün təməllər üzərində qurulmamasından irəli gəlir. Açığı,avtomobili və bahalı mobil telefonu olan elə imkanlı tələbələr var ki, onların oxuma prosesində heç bir ləngimə baş vermir. Ona görə ki, valideyn övlad münasibətləri çox gözəl qurulub və sui-istifadə halları olmur".

Psixoloqun fikrincə,bunun maddiyyətlə bağlanılması bir qədər qərəzli yanaşma ola bilər:

"Müqayisə aparsaq görərik ki, ata övladını oxutmaq üçün dəridən-qabıqdan çıxır, övlad isə bütün günü kirayə qaldığı evdə yatır, dərsə getmir. Bu işdə ali məktəblərdə pedaqoqların, evdə isə vaildeynləri üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, ali məktəblərdə çalışqan tələbənin qiymətləndirilməsi, başqalarına da müsbət örnək ola bilər. Bu sahədə pedaqoqların üzərinə böyük iş düşür.Bu gün savadı olan kəs istənilən dövlət strukturunda təmsil oluna bilər. Rüşvət məsələsi artıq keçmişdə qalıb. Necə deyərlər "oxuyan çalar". Yəni sözün əsl mənasında bu gün əsas "daydayımız" dövlətdir. Ancaq bu gün elə ailələr var ki, heç övladlarının təhsilində maraqlı deyillər. Onlar üçün əsas məsələ maddiyyat və iş prosesində bitir. Övladlarının gələcək işini də özləri müəyyənləşdirən bu cür ailələrsonradan narkomaniya, alkoqolizm və s. asılılıqlarla mübarizə aparmaq məcburiyyətində qalırlar".

Tarix
2014.09.01 / 20:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla