Yuxarı

Şeyx gürcü katalikos ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfəri çərçivəsində avqustun 29-da ümumgürcüstan katolikos-patriarxı II İliya ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, patriarx şeyxülislamın Gürcüstana səfərini tarixi hadisə kimi dəyərləndirib. A.Paşazadə ilə bir-birini hələ sovet dövründən tanıdıqlarını, hər zaman həmrəy olduqlarını deyən patriarx bu gün din xadimlərinin daha artıq məsuliyyət daşıdıqlarını bildirib, münaqişəli bölgələrdə sülh və ədalətin bərqərar olması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb. O, Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.

A.Paşazadənin Qafqaz üçün əvəzsiz xidmətlərini, gördüyü böyük işləri yüksək qiymətləndirən patriarx şeyxülislamı Gürcüstanda görməkdən şərəf duyduqlarını bildirib.

Şeyxülislam A.Paşazadə deyib ki, onu patriarxla uzun illərin qardaşlığı birləşdirir. O, Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalçıları tərəfindən zəbt edildiyi vaxtdan bu günədək patriarxın hər zaman haqq-ədaləti müdafiə etdiyini, öz mövqeyini heç zaman dəyişmədiyini bildirib. Ölkələrimizin ərazi bütövlüyü kimi həssas məsələ ilə bağlı patriarxla hər zaman həmrəy olduqlarını söyləyən şeyxülislam din xadimləri kimi münaqişələrin sülh yolu ilə həllinə çağırdıqlarını və buna inandıqlarını bir daha vurğulayıb.

Şeyxülislam Qafqazın ağsaqqalı adlandırdığı patriarx II İliyaya Azərbaycanda böyük ehtiram bəslənildiyini, zamanında ulu öndər Heydər Əliyevin onu yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və ehtiramını II İliyaya çatdırmaqdan şərəf duyduğunu deyən şeyxülislam patriarxı qardaş Azərbaycanda həmişə gözlədiklərini deyib, onu ölkəmizə səfərə dəvət edib.

Qeyd edək ki, Gürcüstana səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və güllər qoyub, Ümummilli Liderin ruhuna dualar oxuyublar.

Tarix
2014.08.30 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla