Yuxarı

Kollecin binası əlindən alındı – Bakıda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin binası N.Tusi adına Pedaqoji Universitetin nəzdinə verilib.

Axar.az xəbər verir ki, 85 yaşlı tədris ocağı isə Xətai rayonunun N.Tusi küçəsindəki 62 saylı orta məktəbin binasına köçürülüb.

Bu yaxınlarda əsaslı təmirdən çıxan kollec binasının Pedaqoji Universitetə verilməsi pedaqoqlar tərəfindən birmənalı qarşılanmayıb.

Kollecin müəllimi Kərəm Məmmədov bunu Azərbaycan balıq vədəniz sənayesi üçün arzulanmaz sayıb:

"85 ildir di ki, kollec bu binada yerləşirdi. Burada dəniz və balıq sənayemiz üçün kadrlar hazırlanırdı. Bu məktəbin keçmişi var. Həm də yeni təmirdən çıxmışdı".

Pedaqoqun sözlərinə görə, dəyəri milyonlarla ölçülən avadanlıqların binadan çıxarılması mümkün deyil:

"Məktəbin binasında, təcrübə otaqlarında milyon manatlarla ölçülən avadanlıqlar var. Əyani dərs vəsaiti kimi istifadə olunan həmin avadanlıqların məktəbin binasından salamat çıxarılması mümkün deyil. Əgər avadanlıqları apara bilməsək, kollecin maddi-texniki bazası məhv olacaq".

Tarix
2014.08.30 / 09:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla