Yuxarı

Xodorkovski: “Putinə həmişə qan lazımdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Putin hakimiyyətinə qarşı kəskin çıxış edib.

Axar.az xəbər verir ki, Xodorkovskinin rəsmi saytında onun açıqlaması yerləşdirilib.

"Biz Ukrayna ilə əsl müharibə edirik. Ora əsgərlərimizi və texnikamızı göndəririk. Ukraynalılar yaxşı dirənir, amma geri çəkilirlər. Təbii ki, qüvvələr bərabər deyil", - açıqlamada bildirilib.

Xodorkovski qeyd edib ki, Rusiya hakimiyyəti onları aldadır: "Bizim hakimiyyətimiz daim yalan danışır. 80-ci illərdə Əfqanıstanda, 90-cı illərdə Çeçenistanda, indi də Ukraynada yalan danışır. Biz hər iki tərəfdə döyüşən, bir-birilərini öldürən dünənki həmkarlarımızı, dostlarımızı və əzizlərimizi dəfn edirik. Ona görə yox ki, onlar bunu istəyirlər, ona görə ki, qoca hakimiyyətlərə həmişə qan lazımdır. Biz bunu dayandıra bilərik. Sadəcə küçələrə çıxmaq, aksiyalarla hədələmək lazımdır. Hakimiyyət dərhal təslim olacaq, o qorxaqdır. Amma yox, biz özümüzü elə göstərəcəyik ki, guya inanırıq. Və dəfnlərdə ağlayacağıq".

Tarix
2014.08.28 / 17:12
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla