Yuxarı

Vəfa Quluzadədən şok: “Rusiya nüvə silahına əl ata bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər".

Bunu Axar.az-a açıqlamasındaAzərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın Qərbin sanksiyalarına qarşılıq olaraq yağdırdığı təhdidləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanın vəziyyətinin kritik olduğunu çox yaxşı bilir:

"Buna görə də Qərb addım-addım NATO-nun Rusiya ətrafında güclərini artırır, təşkilata üzv ölkələri gücləndirir. Buraya Baltikyanı və Şərqi Avropa ölkələri daxildir. Rusiyanın Qərbin sanksiyalarına cavab olaraq təhdidlərində növbəti dəfə güc tətbiq etməsi və hansısa təxribata əl atması qeyri-mümkündür. Xüsusən də Qafqazda. Çünki Moskva çox yaxşı başa düşür ki, belə bir addım onu xilas etməyəcək. Eyni zamanda Rusiyanın resurs ehtiyatının qarşılanmasında Qafqazın rolu böyükdür. Bu baxımdan da Rusiyanın hansısa təhdid xarakterli mesajı elə təhdid olaraq da qalacaq. Lavrovun Rusiya maraqlarının qorunması üçün əlindən gələni edəcək kimi təhdid mesajından aydınca sezilir ki, Qərb Rusiyanı öz sanksiyaları ilə çökdürməyə davam edərsə, Moskva da nüvə silahına əl ata bilər. Ancaq Qərb bütün bunları ilk gündən nəzərdə tutub və Rusiyanın təhlükəli nüvə dövləti olduğunu da çox gözəl bilir. Rusiyanın Qərbin Ukraynanın işğalını tanıması arzusu ürəyində qalacaq. Qərb isə bununla heç vaxt barışmayacaq. Əvvəla, Ukrayna bununla heç vaxt barışmayacaq. Bu, ona görə mümkün deyil ki, bir milyonluq çeçenlə bacara bilməyən Rusiya indi onlara tam müstəqillik verib və əvəzində də Kadırov özünü Putinin əsgəri hesab edir. Əgər vaxtilə Kadırova verilən ixtiyar Cövhər Dudayeva verilsəydi, heç bir müharibəyə ehtiyac qalmazdı. İndi Çeçenistanla bacarmayan Rusiya 50 milyonluq Ukrayna ilə necə bacaracaq? Ukraynanın arxasında Qərb çox möhkəm dayanıb. Əgər lazım gələrsə, Qərb Kiyevi ən müasir silahlarla da təmin edə bilər".

Tarix
2014.08.27 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla