Yuxarı

QHT Şurasının dəstəyi ilə Almaniyada konfrans keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetinin "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin təşkilatçılığı ilə Almaniyanın Frankfurt-Mayn şəhərində Göte Universitetində "Dördüncü Qlobal Beynəlxalq Tədqiqatlar Konfransı" keçirilib. Dörd gün davam edən konfransda müxtəlif mövzular ətrafında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb.

Konfransın "Münaqişələr, ərazi mübahisələri və sessesiya" adlı panelində Böyük Britaniyanın Birmingem Universitetinin "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin elmi işçisi Dr. Löv "1918-1921-ci və 1992-2014-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsi və Böyük Güclər: müqayisəli təhlil" adlı məruzə ilə çıxış edib.

Müəllif tədqiqat işində Fransa, Böyük Britaniya, ABŞ və Rusiya kimi böyük dövlətlərin 1918-1921-ci və 1992-2014-cü illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan yanaşmalarını təhlil edib. Araşdırma zamanı məlum olub ki, 1918-1921-ci illər ərzində Cənubi Qafqazda söz sahibi olan dövlətlərdən Böyük Britaniya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etmişdir.

Fransa isə öz növbəsində ermənilərin Azərbaycanın Zənqəzur mahalına olan əsassız iddialarına dəstək nümayiş etdirib. Sovet Rusiyası isə öz maraqlarından çıxış edərək ilk olaraq Zəngəzur və Naxçıvanı "mübahisəli" ərazi elan etmiş, daha sonra isə Zəngəzuru birdəfəlik Ermənistan dövlətinə vermişdir.

Dr.Lövün tədqiqatın yekunu olaraq belə qənaətə gəlib ki, 1992-ci ildən başlayaraq bu günə qədər ATƏT-in Minsk Qrupunun həmməruzəçiləri qismində çıxış edən ABŞ, Fransa və Rusiya daha çox siyasi maraqlarını güdərək münaqişənin sülh yolu ilə həllinə həqiqi maraq göstərmirlər.

Qeyd edək ki, Şuranın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində nüfuzlu QHT-lər tərəfindən həyata keçirilən Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan layihələrin icrası davam etməkdədir.

Tarix
2014.08.26 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla