Yuxarı

Yezidi kürddən iraqlı jurnalistə şok açıqlama - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın "BasHaber" qəzetinin reportyoru İŞİD-in zülmündən baş götürüb qaçan yezidi kürd ailələrindən birində olub.

Axar.az xəbər verir ki, yezidi kürdlərin sıx yerləşdiyi bölgə əsasən Türkiyənin Diyarbəkiır şəhəridir.

Jurnalist yazır ki, Diyarbəkirin Sur mahalına aid Hüseynik kəndinə üz tutub. Kənd sakini Muxtar Ağıllı və onun köməyi ilə sığınacaq tapan yezidi kürd ailəsi ilə görüşüb.

"Kəndə bir kilometr qədər qalmış Muxtarın "Qesra Bave EVDO" adlı sarayına gəlirik. Bir neçə Hüseynik sakini bizi qarşılayır. Muxtar Ağıllı və oğlu Fərdi bizi yezidi qonaqları - Həsən Noyabr Əli ilə oğlu Salehin oturub çay içdiyi qarşıdakı evin kölgəliyinə gətirir. Həsən Noyabr Əli və ailəsi nələr yaşamış nələr?"

Müxbir qeyd edir ki, yezidi ailəsinin başçısı Həsən Noyabr "Biz ölüyük bilirsənmi?" - deyə, danışmağa başlayır:

"Mən Şengalının Rambosi kəndindənəm. İŞİD bizə hücum edəndə 4-5 saata yaxın döyüşdük və patronlarımız tükəndi. Ondan sonra qaçdıq. Evlərimizdəki pullarımız, qızıl və qiymətli əşyalarımız, heyvanlarımız, hər şeyimiz getdi. Amma bunlar əhəmiyyətli deyil. Qızlarımız, qadınlarımız təcavüzə uğradı, indi bazarlarda satılır".

Noyabr Əli əlavə edir: "Muxtar Ağıllı ilə görüşdüm. Dərhal bizə avtomobil tutdu və Diyarbəkirə doğru yola çıxdıq. Bütün xərcimizi çəkdi. Hətta havanın isti olmasına görə kondisioner aldı. Mən ölənə qədər bizə zülm edən İŞİD-i və yaxşılıq edən qardaşım Zəkini unutmayacağam".

Muxtar Ağıllı isə deyib ki, Sur mahalının 248 kəndi var: "Hər kənd bir yezidi ailəsini yanına alsa, 2500 yezidi kürd ailəsinin sığınacaq problemi həllini tapar. Bu kampaniyanı bələdiyyə başqanlarımızla müzakirə edəcəyəm".

Noyabr Əli əlavə edib ki, oğlu Hollandiyada, qızı isə Amerikada yaşayır və yaxın zaman bu iki ölkədən birinə getmək istəyirlər.

Tarix
2014.08.26 / 15:39
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla