Yuxarı

Emin Leyla Əliyeva ilə ailə qurmasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni-bəstəkar Emin Rusiyanın "Doroqoe udavolstvo" jurnalına müsahibə verib.

Axşam.az-ın verdiyi məlumata görə, ifaçı həyat yoldaşı Leyla Əliyeva ilə tanışlığından, iş həyatından və musiqidən danışıb.

O, müğənniliyin onun uşaqlıq arzusu olduğunu deyib:

"Musiqi həyatıma biznesdən daha əvvəl - 12 yaşımda gəlib. Atam iş adamıdır, hörmətli insandır, əhatəsi genişdir. Kimdənsə asılı olmamaq, onun diqqətinə layiq olmaq istəyirdim. Öz ayaqlarım üstündə durmağa çalışırdım. Düşündüm, nə qədər ki, bunu etməyəcəm, musiqiçi olmağa haqqım yoxdur. Buna görə də, 15 yaşımda satıcılıq etməyə başladım. Bir saata 5 dollar 50 sent qazanırdım. 17 yaşımda isə mənim artıq öz biznesim var idi, gəlirim də pis deyildi. O vaxt Amerikada yaşayırdım. Məktəbi yenicə bitirmişdim, Rusiya məhsulu olan saatlar, mücrülər, digər xırda əşyalar satırdım. Mən ən önəmli kolleksiyaçılardan biri olmuşdum. Bu bir növ "e-bay" tipli idi. Həftədə 800 auksionum olurdu. Bu işə balaca qarajda başladım. Sonra bu, böyük ofisə çevrildi. İlk işimdə atam mənə dəstək olmayıb. O, heç o vaxt "e-bay" nədir, bilmirdi. Həftədə 800 hərrac keçirirdim. Mən Amerikada iqtisadiyyat, ticarət sahəsində təhsil almışam. Ona görə də, bu işləri yaxşı bacarıram".

Emin ailənin tək oğlu olmasından təəssüfləndiyini bildirib:

"Bir bacım var. Amma qardaşım yoxdur. Buna görə də, çox təəssüflənirəm. Əgər qardaşım olsaydı, musiqi ilə məşğul olmağa daha çox vaxtım qalardı. Mən asılı olmağı sevmirəm. Gənc yaşlarımda nəsə almaq üçün mütləq atamdan pul istəməli idim. Çünki heç vaxt cibimə qoymağa pul vermirdi. 15 yaşım olanda qərar verdim ki, bir daha atamdan pul istəməyəcəm. Özüm qazanmalıyam. Sözümü tutdum və bacardım. Mənim uşaqlığım var-dövlət içində keçməyib. 12 yaşıma qədər sovet dövründə yaşamışam. Atam həmin vaxt universiteti yenicə bitirmişdi. Kiçik şirkətlərlə əməkdaşlıq edirdi. Biznesə başlayan kimi məni xaricə, ciddi bir məktəbdə oxumağa göndərdi. Səhər 8-də yuxudan durur, otağı özüm təmizləyir, bütün günü ciddi geyinir, qalstuk taxırdım. Atam məktəbimi "gestapo" adlandırır və onlardan məni "insan" etmələrini istəyirdi. Sonra Amerikada oxudum, əvvəl velosipedlə gedib-gəlirdim. Daha sonra özümə motorlu velosiped aldım. İndi atamla iş yoldaşıyıq. Biznesimizi ayırmışıq. Hərəmiz öz işimizlə məşğul oluruq".

Oğlanları Əli və Mikayıldan danışan ifaçı onların bir-birindən çox fərqləndiyini deyib:

"Oğlanlarım beş yaş yarımlıqdırlar. Əkiz olsalar da, bir-birlərindən çox fərqlənirlər. Valideyn olmaq vacib işdir. Oğlanlarıma insani xüsusiyyətləri - ən çox da dürüstlüyü, adamlara diqqət və hörmət etməyi öyrətmək istəyirəm. Bunu ətrafında dayəsi, işçiləri, cangüdəni olan bir uşağa öyrətmək çətindir. İstədiyin hər bir şeyi ödəyən ailən olanda həqiqətlə üzləşmək bacarığını itirirsən. Oğlanlarımda bu halın baş verməsini istəmirəm. Atam müsahibələrinin birində demişdi ki, valideynlərimiz bizi böyüdəndə imkansızlığı gizlətməyə çalışırdılar. İndi isə biz onları böyüdəndə imkanlarımızı gizlədirik. Mən də bu cür davranmağa çalışıram. İnsaniyyət bütün çətinliklərin açarıdır".

Emin pullarını nəyə xərclədiyini də etiraf edib: "Pullarımı yeni layihələrə xərcləməyi xoşlayıram. Boş şeylərə pul sərf etmirəm. Mənim iş otağım sadədir. Atam da mənim kimi dəbdəbəni sevmir. Onun qarajında "Rolls Royce" var, amma cəmi iki dəfə onu idarə edib. O, "Mercedes", mən isə "Range Rover" sürürəm. Atam mənə xüsusi idman üslublu maşın bağışlayıb. Amma onu nadir hallarda idarə edirəm".

"Siz təkcə varlı deyilsiniz, eyni zamanda Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə ailə qurmusunuz. Toy kişi üçün çox önəmlidir. Sizin mərasimi isə bütün dünya izlədi. Həmin gün sizi nə duyğulandırdı və ən çox yadınızda nə qaldı?" sualına isə Emin belə cavab verib:

"Mən həmişə ailəm olmasını arzulamışam. Həmin gün mənim üçün önəmli idi. Biz Leyla ilə Senkt-Morisedə dağ xizəyi olan istirahət mərkəzində tanış olmuşuq. Mən dostlarımla, o isə ailəsi ilə dincəlirdi. Düzdür, atalarımız tanış idi. Amma bizim tanışlığımızda onlar heç bir rol oynamadı. Bu toy bizim öz qərarımızla baş verdi və bir-birimizə olan həqiqi hisslərimiz idi".

Tarix
2014.08.25 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla