Yuxarı

Vağzal kitabçısının ürək parçalayan əsirlik hekayəti – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ömər Nəsibov... İllərdir Bakı avtovağzalında kitab satan bu adamı bəlkə də çoxlarınız görüb. Ya qonağınızı yola salarkən, ya doğma rayonunuza gedərkən avtobusda əldə kitab satan bu insandan bəlkə də kitabların qiymətini soruşmusunuz.

Ancaq heç kim bilməyib ki, ailəsini dolandırmaq üçün vağzalda kitab satan 39 yaşlı bu insan vaxtilə jurnalistika fakültəsində təhsilini yarımçıq qoyaraq Qarabağda döyüşməyə gedib.

İl yarım müharibə həyatı, il yarım da işgəncələrlə dolu əsirlik taleyi...

Ömər Nəsibov Axar.az-ın əməkdaşı ilə söhbətində müharibə həyatından danışıb. Deyib ki, Xocalı soyqırımı ilə bağlı efirdə yayımlanan kadrları gördükdən sonra erməilərin bu vəhişiliyinə dözməyib, ali təhsilini yarımçıq buraxıb, ailəsinin xəbəri belə olmadan könüllü batalyona yazılıb.

Füzuli, Cəbrayıl və başqa bölgələrdə döyüşən Ömərdən ailəsi çox-çox sonra xəbər tutur. Ancaq il yarımlıq müharibə həyatında tələbə Ömərin başına olmazın müsibətlər gəlir.

Ömər danışır ki, döyüşlərin birində əsgər yoldaşları ilə birlikdə pusquya düşür, partlayış nəticəsində özündən gedir. Gözünü açanda isə özünü erməni əsirliyində görür.

"Əsirlikdə yaşadığım dəhşətlər, məşəqqətlər, işgəncələrdənsə ən böyük arzum ölmək idi. Məni ölümünə döyürdülər, dırnaqlarımı qoparırdılar, dişlərimi sındırırdılar, özümdən gedəndən sonra üstümə su töküb ayıldır, təkrar-təkrar döyürdülər. Mən düz il yarım əsirlikdə "Qarabağ ermənilərindir" sözünü demədiyim üçün hər gün döyülmüşəm".

Və il yarımlıq əsirlik həyatı Ömərdə gələcəyə ümidsizlik yaradır, artıq hər şeyin bitdiyini düşünür: "Burdan çıxacağımı fikirləşmirdim. Gözləyirdim ki, məni də öldürsünlər. Artıq döyülməkdən bütün bədənim heç nə hiss etmirdi. Hər gün bir əsir öldürülürdü. Mən də öz növbəmi gözləyirdim".

Nəhayət növbə Ömərə çatır. Onu edam kötüyünə gətirib, güllələmək istəyirlər. Amma... taleyin gərdişinə bax:

"Həmin gün bəxtimdən gətirdi. Qırmızı Xaç Komitəsindən nümayəndələr gəlmişdi. Bu müddətdə ailəm nələr çəkib, bir Allah bilir. Əsirlikdən sonra xəstəlik tapan anam çox yaşamadı. Elə atam da dərddən-fikirdən dünyasını dəyişdi.

Mən əsirlikdə olanda valideynlərim dəfələrlə ölkə rəhbərliyinin yanına getmişdi. Sağ olsunlar. O zaman Vəfa Quluzadənin vasitəçiliyi ilə ailəm Heydər Əliyevlə görüşmüşdü. Bu görüşdən sonra Qırmızı Xaç Komitəsi vasitəsi ilə məni əsirlikən geri qaytardılar".

İndi vağzalda kitab satan Ömər deyir ki, bu günlərdə əsgərlik dostu Qəbələdə doğma evlərinə gedib: "Əsgərlik yoldaşım qardaşımı tapıb. Üstündən illər keçib, gedib qardaşımı görüb başsağlığı verib. Elə bilib ki, əsirlikdə ölmüşəm. Qardaşım da hali-qəziyyəni ona danışıb. Deyir ki, biləndə sağam hönkür-hönkür ağlamağa başlayıb, inana bilməyib buna. Amma mən bu yolda hər şeyimi itirsəm də, peşman deyiləm. Çünki vətən üçün etmişəm, yenə edərəm".

Qeyd edək ki, bu gün Ömərin uğrunda döyüşdüyü Cəbrayılın işğalından 21 il ötür...

Tarix
2014.08.23 / 16:05
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla