Yuxarı

Sürücülərlə polislər arasında dava düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyinin marşrut avtobuslarının yolunu dəyişməsi gözlənildiyi kimi problem yaradıb.

Bu barədə Axar.az-a daimi istiqaməti dəyişən 95 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobuslarının sürücüləri bildiriblər.

Belə ki, yeni müəyyən edilmiş xətt üzrə hərəkət edən marşrutlara indi də nəqliyyat müfəttişləri problem yaradır. 95 nömrəli xətt üzrə hərəkət edən marşrutun sürücüləri qeyd edir ki, qərardan sonra onlar ancaq günün ikinci yarısına kimi yeni xətt üzrə hərəkət ediblər. Buna səbəb isə anidən qərarın dəyişdirilməsi olub.

Adəti üzrə Nizami metro-stansiyasından Əhmədli stansiyasına qədər hərəkət edən 95 nömrəli marşrut dünən günorta 3-ə qədər Xətai metro-stansiyasına qədər işləyib. Qaydanı Nəqliyyat Nazirliyinin müəyyən etməsinə baxmayaraq, yeni istiqamət üzrə hərəkət edən sürücüləri nəqliyyat müfəttişləri cərimələyir.

"Dünən sübh tezdən yeni müəyyən edilmiş xətt üzrə hərəkət etdik. Əvvəlki kimi Əhmədliyə yox, Xətaiyə kimi gedirdik. Müəyyən edilmiş yeni yoldan istifadə edəndə də nəqliyyat müfəttişləri cərimələyir. Günorta 3-dən sonra tapşırıq gəldi ki, həmişəki yolla gedib-gələk. İndi gah belə deyirlər, gah elə. Bu nə bizə sərf edir, nə də sərnişinlərə. Yayın istisində gündə bir hoqqa çıxarıb camaatın əsəbləri ilə oynayırlar".

Tətbiq edilmiş yeni qərarın dəyişməsi və üstəlik nəqliyyat müfəttişlərinin sürücüləri cərimələməsi bir çox problem yaradıb. Hazırda demək olar ki, dünən günortadan etibarən Xətai metro-stansiyasına marşrut işləməyib.

Sürücülərin sözlərinə görə, nəqliyyat müfəttişlərinin onları haqsız yerə cərimələdiyi üçün polislə mübahisə yaranıb. Sürücülər qeyd edir ki, nəqliyyat müfəttişlərinin bu hərəkəti polislərlə aralarında davaya da səbəb olub.

"Transgeyt" şirkətindən isə Axar.az-a bildirdilər ki, istiqamətini dəyişən marşrutların hansı alternativ yollardan istifadəsi ilə bağlı müzakirələr gedir:

"Nəqliyyat Nazirliyi ilə şirkətlər arasında müzakirələr getdikdən sonra bunu bizə təqdim edirlər. Bundan sonra hansı marşrutların istiqamətini dəyişməsi ilə bağlı məlumat veriləcək".

Qeyd edək ki, iki gündür Nəqliyyat Nazirliyi 20-dən artıq marşrut avtobusunun yolunu dəyişib. Artıq bir çox marşrut yeni xətt üzrə hərəkət edir. Lakin nazirlik bununla bağlı ictimaiyyəti məlumatlandırmayıb.

Tarix
2014.08.22 / 13:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla