Yuxarı

Sələfi lideri yas məclisləri haqda qadağadan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu qanun layihəsi çoxdan qəbul edilməli idi. Çünki nəinki yas mərasimlərində israfçılığa yol verilir, o cümlədən də məzar daşı qoyulmasında və digər hallarda artıq xərclər edilir. Ona görə də bu qanun layihəsi qəbul edilsə, müsbət addım olar".

Bu sözləri Axar.az-a açıqlamasında Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov dedi.

Hacı Qamət Milli Məclisdə yas mərasimləri ilə bağlı qanun layihəsinin hazırlanmasına münasibət bildirərkən qeyd etdi ki, sələfilər vəfat etmiş şəxslə bağlı bu adətlərə əməl edir:

"Vəfat etmiş şəxsin yuyulması, kəfənlənməsi və dəfn edilməsi qaydaları var. Dəfn mərasimindən sonra əksəriyyəti dağılışır.

Kimlərsə də mərhumun ailəsini ziyarət edib başsağlığı verir. Ancaq yas məclisi təşkil etmək, süfrəyə nemətlər qoymaq, yeməklər hazırlamaq - belə bir adət yoxdur. Sələfilərdən kim bacarırsa, bu adətə əməl edir.

Amma eləsi olur ki, yaxınları təzyiq edir, o da israfçılıq edib yemək süfrəsi hazırlayır. Ümumilikdə təkcə yas məclislərində yemək israfçılığından əlavə, məzar daşı da artıq xərcdir. Buna da ehtiyac yoxdur. Mərhum üçün 40 mərasimi verirlər, bunun da islama heç bir aidiyyəti yoxdur".

Tarix
2014.08.22 / 13:14
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla