Yuxarı

Bakı hərəkətə keçdi: Naxçıvan görüşünün sirri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Naxçıvan görüşü Cənubi Qafqaz İqtisadi Birliyinin infrastrukturunun yaranması və qorunması ilə bağlıdır".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında keçirilən Naxçıvan görüşünün nəticələrini şərh edərkən deyib.

O, bu görüşdə enerji dəhlizlərinin birgə müdafiəsi haqqında qərarın qəbul olunduğu bildirib:

"Burada həmçinin bölgədə yaranmış təhlükə ilə bağlı məlumatların bir-birinə ötürülməsi ilə əlaqədar razılığın əldə olunması, qoşun növləri arasında qərargah təlimlərinin keçirilməsi, altı aydan bir müdafiə nazirlərinin görüşü və onların daimi fəaliyyət göstərən qərargahlarının yaradılması da var. İnfrastruktur dedikdə buraya əsasən enerji infrastrukturunun qorunması daxildir. Söhbət Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Ərzurum, TAP, TANAP və gələcəkdə imkan olsa, Nabukko layihələrinin qorunmasından, bütün xarici təcavüz, təxribatlardan mühafizə edilməsindən gedir. Bu dediklərimin hər biri Naxçıvan görüşündə yekdilliklə qəbul olunub. Tərəflər qorunmanın mexanizmini tam müəyyənləşdiriblər. Onlar gələcəkdə bunun üçün qoşun növlərinin ayrılması, eləcə də təhlükə ilə bağlı informasiyanın müəyyənləşdirilməsi və buna qarşı tərəflərin qoşun növlərinin birgə fəaliyyətə keçməsi haqqında razılıq əldə ediblər. Rusiyanın buna reaksiyasına gəlincə isə burada Moskvanı narahat edəcək bir şey yoxdur. Məntiq var: mən Bakı-Ceyhan və digər kəmərləri çəkmişəm, bunu qorumalı deyiləm? Moskva artıq bununla razılaşıb. Rusiya bunu qəbul etsə də, etməsə də - bu qorunma olmalıdır. Onsuz da belə bir şey Rusiyanın təxribatına qarşı qurulur".

Qeyd edək ki, bir müddət öncə üç müdafiə nazirinin görüşü zamanı ölkələrin Naxçıvanda birgə hərbi təlim keçməsi haqqında qərar qəbul olunub.

Tarix
2014.08.21 / 23:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla