Yuxarı

Hərbi ekspert: “Kişi”nin yaxşı komandası var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həmin o bədnam erməni nazir müavini axırda söylədiyi fikirlərlə bəlkə də Ginnesin Rekordlar kitabına düşə biləcək "şedevr" ortaya qoyub".

Axar.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.

O, Ermənistan Müdafiə naziri müavinin etdiyi hərəkətlərlə "rekordçu" ola biləcəyini deyib:

"Seyran Ohanyan "kişi"nin yaxşı komandası var. Elə onun 1-ci müavini David Tononyan adlı birisinin Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında görüşün nəticələrinin şərhini oxuyanda bu "dahi erməni sərkərdələrin" necə də yalan uydurmalarının bir daha şahidi oldum. Özlərini sakitləşdirmək üçün nazir müavini deyir ki, erməni tərəfini görüş faktı və onun nəticələri elə də narahat eləmir: "Mən hesab edirəm ki, məhz Gürcüstanın orada iştirakı üçtərəfli hərbi əməkdaşlığın Ermənistanın milli təhlükəsizliyi əleyhinə yönəlməsinə imkan verməyəcək". Səndə hardandır belə əminlik ki, sən gürcü dostlarımızın, o cümlədən digər iki türk ölkəsinin əvəzindən qərar verirsən? Gah Türkiyəyə sataşır, ondan qondarma "genosidi tanımağı" tələb edir, gah gürcülərə Cavaxetiya məsələsində "kəllə atır", gah da bizə ərazi iddiaları irəli sürür. Hiss edirlər ki, apardıqları kortəbii siyasət yavaş-yavaş onların sonunu yaxınlaşdırır.

Avqustun əvvəllərində təmas xəttinin ayrı-ayrı istiqamətlərində süni şəkildə yaratdıqları gərginliyin nəticəsində onlarla günahsız hərbçimiz dünyasını dəyişdi. Soçidə görüşdən dərhal sonra "Ələddinin sehrli çubuğu" işə düşdü və ermənilər sakitləşdilər. Görək, bunların hiyləgərliyinin budəfəki aralıq məsafəsi nə qədər çəkəcək?".

Tarix
2014.08.21 / 17:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla