Yuxarı

Obama və Putin Türkiyəyə dəvət olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Ərdoğanın 28 avqustda reallaşdırılacaq and içmə mərasiminə, əvvəlkilərdən fərqli olaraq xarici dövlət başçıları da dəvət edildi.

Ans press-in məlumatına görə, qonaqlar arasında iştirak edən ABŞ prezidenti Obama və Rus lider Putinin mərasimə nümayəndələrini göndərmələri gözlənilir.

Türkiyə KİV bildirir ki, Ərdoğanın xalq tərəfindən seçilmiş ilk prezidenti olması səbəbiylə TBBM-də baş tutacaq andiçmə mərasimi bir çox '' ilk''lərə səhnə olacaq.

Daha əvvəl prezidentləri məclis tərəfindən seçildiyi üçün andiçmə mərasimi də Türkiyə məclisinin bir fəaliyyəti olaraq tamamlanırdı. Ərdoğanın and mərasimi üçün isə əvvəlkilərdən fərqli olacaq.

Mərasimə xarici dövlət başçıları da qatılacaq. And içmə mərasimi üçün ABŞ prezidenti Barak Obama, Rusiya Dövlət Başçısı Vladimir Putin başda olmaq üzrə dünya liderlərinə dəvətnamə göndərilib. Obama və Putinin öz növbəsində nümayəndələrinin göndərməsi gözlənilir.

And mərasiminə Türk respublikalarından və başda Qatar olmaq üzrə Körfəz ölkələrindən də dövlət başçısı səviyyəsində iştirak olacaq.

Tarix
2014.08.20 / 10:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla