Yuxarı

Sabunçuda torpaq sürüşməsi baş verib - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Sabunçu rayonu, Seyid Hüseyn küçəsinin yaxınlığındakı ərazidə torpaq sürüşməsi baş verib.

Qayalar üzərində yerləşən evlər isə təhlükə altına düşüb. Sakinlərin dediyinə görə, buradakı evlər ən azı 50-100 yaşa malikdir. Torpağın hərəkətə gəlməsi isə iki həftə əvvəldən başlayıb.

Şikayətçilər deyir ki, hadisə baş verən zaman aidiyyatı qrumların qaynar xəttinə müraciət etsələr də "Qeyd etdik, məsələyə baxılacaq" cavabından başqa bir şey eşitməyiblər.

İki gün əvvəl baş verən sürüşmə isə daha güclü olub və qopmuş qayalar elektrik xəttlərini də qıraraq dəmiryolu relslərinin üzərinə salıb. Aidiyyatı qurumun müdaxiləsilə xəttlərdəki problem aradan qaldırılıb.

Sakinlərin sözlərinə görə, qayalarda çatların olduğunu nəzərə alsaq, deməli növbəti sürüşmə də qaçılmazdır.

Sürüşmə yol kənarındakı ağacları da məhv edib. Təbiət hadisəsinin qarşısı alınmasa da "Baş verə biləcək hadisələrin miqyası böyüyəcək" deyir, sakinlər. Odur ki, problemlə bağlı Sabunçu rayon bələdiyyəsinə yollandıq. İş vaxtı bitdiyindən sədr müavinilə telefon əlaqəsi saxladıq. O bildirdi ki, ərazi "Azərbaycan Dəmir Yolları" QSC-ə məxsusdur və müvafiq tədbirləri onlar görməlidir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədovun sözlərinə görə, ərazidə kanalizasiya xəttləri olmadığından çirkab suları qazılmış quyulara axıdılır: "Bu səbəbdən də qayalar aşınır və nəticədə bu cür xoşagəlməz hadisələr yaşanır. Buna baxmayaraq ərazidə növbəti sürüşmənin qarşısının alınması üçün tədbirlər görüləcək. Ancaq əhalinin təhlükəsizliyinə biz təminat verə bilmərik".

ANS

Tarix
2014.08.20 / 00:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla