Yuxarı

Rusiyalı jurnalistlər bu gün Bakıya gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyanın gənc jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda gələcək.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətindən AzərTAc-a bildiriblər ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Rusiyanın aparıcı ali məktəblərinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə təşkilatlarının iştirakı ilə RAGB tərəfindən təşkil edilib.

RAGB-nin sədri Leyla Əliyevanın səfərin təşkilinə şəxsi töhfəsini xüsusi qeyd etmək lazımdır. Onun səyləri sayəsində illik tədbirə çevrilən belə səfərlər artıq yeddinci dəfə təşkil olunur.

Nümayəndə heyəti ciddi müsabiqə seçimi yolu ilə formalaşdırılıb və onun bütün iştirakçıları sadəcə Moskvanın və Rusiyanın ən yaxşı ali məktəblərinin tələbələri, aspirantları, yaxud ali məktəbləri yenicə bitirmiş məzunlar deyil, həm də təcrübə keçən jurnalistlərdir. Səfərin iştirakçıları arasında Rusiyada və onun hüdudlarından kənarda tanınmış federal əhəmiyyətli KİV-lərin – Ümumrusiya Dövlət Teleradio Şirkətinin, "RİA-Novosti-Rossiya seqodnya" informasiya agentliyinin, NTV teleşirkətinin, "Kommersant" nəşriyyat evinin və digər təşkilatların nümayəndələri vardır.

Səfərin başlıca məqsədi Rusiya jurnalistlərinin gənc nəslini Azərbaycan KİV-ləri, respublikanın ictimai təşkilatlarının və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə tanış etməkdir.

Jurnalistlərin Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə dair seminarda iştirak etməsi onların bu sahədə öz biliklərini genişləndirməsinə, Mətbuat Şurasının nümayəndələri və KİV əməkdaşları ilə ünsiyyət isə Azərbaycanda jurnalist işinin xüsusiyyətləri, habelə ölkənin daxili və xarici siyasi həyatının daha maraqlı cəhətləri barədə dəyərli məlumat almasına imkan verəcək.

Səfər ayın 25-dək davam edəcək.

Tarix
2014.08.19 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla