Yuxarı

Ukrayna atəşkəs şərtlərini açıqladı – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər naziri Pavel Klimkin ölkənin şərq bölgəsində davam edən qarşıdurmalarda atəşkəsin təmin edilməsi üçün şərtləri açıqlayıb.

Axar.az xəbər verir ki, avqustun 17-də Berlində Rusiya, Almaniya və Fransa Xarici İşlər nazirlərinin görüşünü xatırladan Klimkin ilk növbədə silahlı qarşıdurmaların dayandırılmasının vacib olduğunu deyib: "Atəşkəslə bağlı bizim ilk tələbimiz sərhədlərin nəzarətə alınmasıdır. Beləliklə, silahlı qruplar və ağır silahlar, eləcə də texnika bölgəyə verilməyəcək. ATƏT-in müşahidəçiləri üçün şərait yaradılmalıdır. Bundan sonra müsbət irəliləyişlərdən danışmaq olar".

Qarşılıqlı atəşkəs elan olunmasının tərəfdarı olduqlarını bildirən Klimkin Ukraynanın 3 şərtinin olduğunu bildirib: "Bizim üç şərtimiz var. Sərhədlər tam nəzarətə götürülməlidir. ATƏT-in müşahidəçiləri Ukrayna daxilində bütün ərazilərdə yoxlama apara bilməlidir. Bütün girovlar sərbəst buraxılmalıdır və yeni girovlar əsla olmamalıdır".

Ukraynanın atəşkəs üçün süni tələbləri olmadığını qeyd edən Kilimkin sözdə deyil, əməldə hər iki tərəfin yerinə yetirdiyi atəşkəsin təmin olunmasını istədiklərini bildirib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Berlin müzakirələrində Ukraynanın şərtsiz atəşkəs elan olunmasına razılıq verdiyini bildirərək bu ölkənin yeni şərtlər irəli sürməsini tənqid edib.

Tarix
2014.08.19 / 19:50
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla