Yuxarı

Özəl pensiya fondları vətəndaşa nə verəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vətəndaş həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı qazanacaq".

Bunu Axar.az-a özəl sosial müdafiə fondlarının perspektivlərini şərh edən İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov deyib:

"Özəl pensiya fondlarının yaranması ideyası beynəlxalq təcrübəyə əsasən həyata keçirilir. Nəzərə alsaq ki, dünyanın əksər ölkələrində özəl pensiya fondları fəaliyyət göstərməkdədir. Azərbaycanda özəl pensiya fondlarının yaradılması ona görə vacibdir ki, bu fondun yaradılması ideyası pensiyanın əlavə gəlirlərinin artmasına uyğun olaraq formalaşan ideyadır və əhali bundan sonra özəl müdafiə fondlarına ödəniş etmək imkanlarına malik olur. Bu da imkan verir ki, əhali yalnız dövlət pensiya fondlarına deyil, eyni zamanda özəl sosial müdafiə fondlarına da ödəniş etsin. Bu, artıq könüllü şəkildə vətəndaş tərəfindən seçim edilməsidir. Vətəndaş könüllü şəkildə özəl pensiya fondlarına ödəniş edilməsi ilə bağlı qərar qəbul edir. Burada vətəndaş vəsaitin bir hissəsini özəl pensiya fondlarına ödəməklə gələcəkdə daha yaxşı pensiya təminatına nail olacaq. Bu da imkan verəcək ki, vətəndaş daha yaxşı təmin olunmuş pensiya əldə etsin. Çünki pensiya yaşı tamam olan zaman vətəndaş həm dövlət pensiya fondundan, həm də özəl pensiya fondundan ödənişlərə uyğun olaraq pensiya əldə etmək imkanı qazanacaq. Bu da imkan verəcək ki, artıq hər bir vətəndaş və imkanı olan vətəndaş artıq gənc yaşında yaşlılıq dövrü üçün sosial təminatı təmin etsin. Məsələn, vətəndaşın aylıq gəliri 1500 manatdırsa, onun bir hissəsini (aylıq olaraq 30, 50, hətta 10 manatını belə) özəl pensiya fonduna ödəmək imkanı olacaq. Bu vəsait hər hansı şəxsin büdcəsinə böyük paya malik olmayan pulu özəl pensiya fonduna keçirməklə öz gələcək həyatını sosial baxımdan təmin etmiş olacaq. Dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, dövlət bununla vətəndaşların vəsaitinin bir qismini cəlb edəcək. Vətəndaşların bir qisminin cəlb edilməsi imkan verəcək ki, həmin vəsaitlər idarə olunsun".

Alim hesab edir ki, özəl sosial müdafiə fondlarının yaradılması Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin genişlənməsinə də şərait yaradacaq:

"Nəzərə alsaq ki, Dövlət Sosial Müdafiə fondu maliyyə bazarına daxil olmaq istəyir, bu o deməkdir ki, vətəndaşlara cəlb edilən hər bir vəsait özəl pensiya fondu vasitəsilə artıq maliyyə bazarına daxil olmaq imkan verəcək. Bununla da Dövlət Müdafiə Sosial fondu artıq dövlət büdcəsindən, eyni zamanda, Dövlət Müdafiə Sosial Fondu ödənişlərindən kənar bir maliyyə mənbəyi əldə edəcək və həmin maliyyə mənbəyinin əldə edilməsi Dövlət Sosial Müdafiə fondu imkan verəcək ki, daha çox gəlir əldə edilsin. Özəl pensiya fondları Dövlət Sosial Müdafiə fondu tərəfindən deyil, başqa qurumlar tərəfindən də yaradıla bilər. Bu baxımdan özəl pensiya fondlarının yaradılması imkanı nisbətən yaxşı olan vətəndaşlara artıq gələcək pensiya həyatının təminatının indidən formalaşdırmaq imkanı verəcək".

Xatırladaq ki, ötən həftə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin tam və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsi, effektiv idarəetmə mexanizmlərinin tətbiq olunması üçün öncədən ciddi və hərtərəfli hazırlıq işlərinin aparılmasının zəruri olduğunu deyib.

Fond rəhbəri qeyri-dövlət pensiya fondlarının konkret funksiyalarının müəyyən olunduğunu da bildirib. Onun sözlərinə görə, özəl pensiya fondlarının fəaliyyəti qeyri-dövlət pensiya təminatı məqsədləri üçün haqların toplanması, pensiya hesablarının aparılması, həmin hesabların vəziyyəti barədə aidiyyəti şəxslərin məlumatlandırılması, ehtiyatların formalaşdırılması, vəsaitlərin yerləşdirilməsi və əlaqədar investisiya siyasətinin aparılması, qeyri-dövlət pensiya təminatı üzrə münasibətlərin digər iştirakçıları ilə işin təşkili, nizamnamə fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan əmlakın və pensiya ehtiyatı vəsaitlərinin ayrıca uçotunun aparılması, öhdəliklər üzrə aktual hesablamaların həyata keçirilməsi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi və digər istiqamətlərlə bağlıdır.

Tarix
2014.08.19 / 18:30
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla