Yuxarı

Şok: Türkiyədən İŞİD-ə 1 milyon yardım edilib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər müxalifəti ölkəsinin İŞİD terror təşkilatına edilən yardımlarını sənədlərlə ortaya qoyub.

Axar.az xəbər verir ki, sənədlərdə Türkiyə-Mosul-Kürdüstan xətti ilə təşkilata yardımlar edildiyi iddia olunur. Qətər müxalifətinin verdiyi məlumata görə, 3 ildən çox bir müddətdə Qətər hökuməti İordaniyanın paytaxtı Ammanda yerləşən səfirlik vasitəsi ilə terror təşkilatının hesabına 2.5 milyon dollar köçürüb. Köçürmədə Qətər Xarici İşlər Nazirliyinin möhürü və nazirliyin maliyyə idarəsinin rəisi Məhəmməd Səid əl Təmiminin imzası olduğu bildirilir.

Nümayiş olunan ikinci sənəd isə Qətər Xarici İşlər Nazirliyinə ünvanlanan məktubdan ibarətdir. Məktubda İraqda yerləşən qüvvələrin hərbi təchizata ehtiyacı olduğu, Ərəb və Afrika ölkələrindən İraqa döyüşçü göndərilməsinin vacibliyi yazılır. 2012-ci il tarixli məktubda döyüşçülərə silahla davranış qaydalarının öyrədilməsi, silahlandırılması və İraqa göndərilməsindən bəhs olunur. Məktubda o da yazılır ki, döyüşçülər İraqın Kürdüstan bölgəsinə göndəriləcək.

Bundan başqa, Qətər müxalifəti əllərində 4 sənədin də olduğunu bildirib. Bu sənədlərdə Qətərin İordaniyadakı Baş konsulunun terrorçuları necə idarə etdiyi, mediaya məlumatların necə sızdırıldığı əksini tapıb.

Terrorçuların təchiz olunması üçün Türkiyədə olan qüvvələrin 1 milyon 375 min dollar ödəmə etdiyini deyən Qətər müxalifətinin iddiasına görə, sənədlərdə Türkiyədən transit kimi istifadə edildiyi, ordan Kürdüstana nəzarətin daha əlverişli olduğu göstərilir.

Tarix
2014.08.19 / 00:32
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla