Yuxarı

Baş həkim bu dərman firmalarından faiz götürür – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən haqsız yerə qovulduqlarını bildirən mühafizə xidmətinin əməkdaşları baş həkim Yusif Əliyevin qanunsuz əməllərini ifşa etməkdə davam edirlər.

Bununla bağlı Axar.az-a növbəti dəfə məktub ünvanlayan xəstəxananın keçmiş əməkdaşları baş həkimin xəstəxanada hansı dərman firmaları və apteklərlə alver etdiyini sübut edəcək sənədlər ortaya qoyublar.

Mühafizə xidmətinin əməkdaşları qeyd edir ki, xəstəxananın bütün həkimləri baş həkimin təkidi ilə apteklər və 60-a yaxın dərman firması ilə alver edir:

"Bu aptek və dərman firmaları ilə xəstəxananın baş həkimi alver edir. Xəstəxanaya müraciət edən hər xəstəyə həmin firmaların dərmanları yazılır. Ehtiyac oldu-olmadı, hər xəstəyə həmin dərmanları almağı, qəbul etməyi məcbur edirlər. Firma və apteklər isə həkimlərə göndərdiyi hər xəstəyə görə faiz ödəyir. Əlimizdə Yusif Əliyevin və xəstəxananın digər həkimlərinin işlədiyi firmaların adları var. Velfar, Evro Med, Alfan, Azer Med, Cerman Med, Pro Farm, Evro farmRe Farm, Grand Medikal kimi adlarını qeyd edə bilmədiyimiz bir çox firma və apteklər var".

İşdən çıxarlan əməkdaşlar qeyd edir ki, xəstəxanada hansı həkim xəstəyə daha çox dərman yazırsa, firma həmin həkimə pul ödəyir:

"Bunun üçün də onlar baş həkimdən buraxılış qəbzi alırlar. Hər qəbz illik 500 manat edir. Xəstəxanada alver edən firmalara verilən qəbzlərin hər birində baş həkim Yusif Əliyevin möhürü, imzası var".

Şikayətçilər qeyd edir ki, baş həkim xəstəxanada həyata keçirilən bütün əməliyyatlardan pay götürür:

"Baş həkim həkimlərə hər əməliyyat üçün faiz də təyin edib. Əməliyyatın uğurlu, ya uğursuz keçməsindən asılı olmayaraq, həkimlər aldıqları pulun 30 faizini Yusif Əliyevə ödəyirlər. Hətta əməliyyat zamanı xəstə vəfat etsə belə, baş həkim "haqqı olan" pulu tələb edir".

Xatırladaq ki, xəstəxananın mühafizə xidmətinin keçmiş əməkdaşları baş həkim Yusif Əliyevin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıqla məşğul olması ilə bağlı prezidentə şikayət məktubu ünvanlayıblar. Onlar baş həkimin öz maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz fəaliyyət göstərən mühafizə xidməti yaratdığını, xəstə yaxınlarından pul istəməsini, xəstəxanada xəstə alveri etdiyini, aptek və firmalarla faizə işlədiyini bildiriblər.

Davamı olacaq…

Tarix
2014.08.16 / 11:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla