Yuxarı

Ötən gecənin qara olayları - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Bakı şəhəri, Səbail rayonunda 5 mərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində 10 ədəd elektrik sayğacı yanıb. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Daşkəsən rayonu, Zağalı kəndində (rayon mərkəzimdən 12 km aralı) məxsus ümumi sahəsi 40 kv.m. olan dəmir və taxta konstruksiyadan ibarət kotecin yanar konstruksiyaları vəiçərisindəki ev əşyaları yanıb. Yanğından yaxınlıqda olan digər koteclər mühafizə olunub. Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Lənkəran rayonu, Biləsər kəndində (rayon mərkəzindən 30 km aralı) meşənin dağlıq ərazisində 4 ha sahədə meşə zolağı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Masallı rayonunda (rayon mərkəzindən 21 km aralı) meşə ərazisində 15,5 ha sahədə meşə zolağı yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Lənkəran rayonu, Şovu kəndində (rayon mərkəzindən 17 km aralı) meşənin dağlıq ərazisində 1 ha sahədə meşə zolağı yanıb. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Xızı rayonunda (rayon mərkəzindən 34 km aralı) dəniz kənarında 8 ha sahədə quru ot və kol-kos yanıb. Digər sahələr yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Xaçmaz rayonu, Şıxhaput kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Salyan rayonu, Xocalı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Beyləqan rayonu, Orta Əlinəzərli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2,5 ton ot bağlamasının 1,7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Suraxanı rayonunda gücü 6 kVt olan transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m (hər mərtəbəsi 130 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və əşyaları 232 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin barmağında dəmir həlqə sıxılıb qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə dəmir həlqəni zərərçəkmişin barmağından kəsib çıxarıb və onu aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:15-də başa çatıb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 4-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:19-da başa çatıb.

Tarix
2014.08.16 / 10:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla