Yuxarı

Elgiz: "Oğurlanan iki aylıq körpə mənim uşağımdır" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Sumqayıt Şəhər Polis İdarəsində ananın izahatı alınıb. Uşağı oğurlanan ailənin yaşadığı ünvana baş çəkən Teleqraf.com-un əməkdaşları ailə haqqında bir sıra məlumatlar əldə edib.

Bildirilir ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana "Adam içində" verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib.

Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.

Aysel Əhmədovanın qonşularından əldə edilən məlumata görə, baş verən hadisədən sonra aparıcı Elgiz Əkbər 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı istintaqa çağrılaraq, dindirilib.

Xatırladaq ki, 2 aylıq körpəni oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Elgiz Əkbər bu hadisədən sarsıntı keçirdiyini, oğurlanan uşağı mənəvi övladı hesab etdiyini, bir ata kimi olaydan şoka düşdüyünü bildirib.

Tarix
2014.08.15 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla