Yuxarı

Bakı ilə Tehran Cavad Heyətin dəfni məsələsində razılığa gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli azərbaycanlı alim Cavad Heyətin nəşi dəfn olunması üçün 15 avqust saat 17:00-da Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektində yerləşən binasının ("Elmlər Akademiyası" metro-stansiyasının yaxınlığı) dairəvi zalından qaldırılacaq.

Axar.az-ın rəsmi qurumlardan əldə etdiyi məlumata görə, Cavad Heyətin Fəxri Xiyabanda dəfn ediləcəyi gözlənilir.

Xatırladaq ki, professor Cavad Heyət Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi. Ötən gün dünyasını dəyişən bu məşhur alimin arzusuna uyğun olaraq Təbrizdə deyil, Bakıda dəfn edilməsi ilə bağlı İran səfirliyi ilə müzakirələr aparılırdı. Yekunda mərhumun vəsiyyətinin nəzərə alındığı bildirilir.

Tarix
2014.08.14 / 18:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla