Yuxarı

Zaxaryan Putinə: “Sərkisyanla müqavilə bağlamayın, çünki…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən Yeni Siyasi Mədəniyyət Partiyasının sədri Ani Zaxaryan Rusiya Prezidenti Vladimir Putinə açıq məkub yazıb.

Axar.az-ın "Novostnik.ru"ya istinadla xəbərinə görə, Rusiya dövlət başçısına müraciətində Zaxaryan rəhbəri olduğu partiya haqqında qısa arayış verib və bu təşkilatın ölkəsində kifayət qədər nüfuza malik olduğunu vurğulayıb. Daha sonra o, məktubunda Ukrayna məsələlərinə toxunub və Poroşenko iqtidarını qeyri-peşəkarlıqda qınayıb.

Müraciətdə ən diqqət çəkən məqam isə Zaxaryanın Serj Sərkisyandan Putinə gileylənməsidir. Onun sözlərinə görə, Astanada Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan dövlət başçı İlham Əliyevin adından xüsusi məktubun bəndlərini səsləndirəndə Sərkisyan ağzını belə açmayıb:

"Belə adamın Ermənistan prezidenti olmağa haqqı yoxdur. Cənab Putin, diqqətinizə çatdırmaq istəyirəm ki, Sərkisyan kimi adamların erməni xalqına aidiyyəti yoxdur. O, ölkəsinin milli maraqlarını ayaqlar altına atan birisidir. Onun iqtidarı qeyri-legetimdir. Odur ki, sizdən rica edirəm, Sərkisyanla hər hansı beynəlxalq sənəd imzalamayın. Çünki o sənədlərin sonra hüquqi qüvvəsi olmayacaq".

Xatırladaq ki, Ukraynanın milli maraqlarına toxunduğu üçün müraciətə bu ölkədən etirazlar da gəlib.

Tarix
2014.08.14 / 00:30
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla