Yuxarı

Məşhur Hollivud aktrisası vəfat etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur aktrisa Loren Bakal 98 yaşında ölüb.

Axar.az xəbər verir ki, ailəsinə aid Boqart Vəqfi tərəfindən edilən açıqlamada Nyu Yorkdakı evində iflic keçirən aktrisanın öldüyü bildirilib.

1924-cü ildə Bruklində anadan olan aktrisa boğuq səsi və fərqli gözəlliyi ilə tanınırdı. Aktrisa kino karyerasına 1944-cü ildə "Olmaq, ya olmamaq" ("To have and have not") filmində Hollivudun əfsanəvi aktyorlarından biri Hamfrey Boqartla baş rolları paylaşaraq başlayıb. Bir çox filmlərdə baş rolları paylaşan cütlük 1945-ci ildə evlənib və Boqartın 1957-ci ildə ölümünə qədər evli qalıblar. Bakalın ikinci evliliyi 1961-ci ildə məşhur aktyor Ceyson Robardzla olub. Robardzın içki düşkünü olması bu evliliyin bitməsinə səbəb olub. Aktrisanın Boqartdan iki, Robardzdan bir uşağı var.

1953-cü ildə "Milyonerlə necə evlənməli?" filmində Merlin Manro ilə baş rolları paylaşan Bakal Brodveydə səhnəyə çıxaraq bir neçə tamaşada da rol alıb.

Kino Sənətləri və Elmləri Akademiyası 2009-cu ildə "film sənayesinin qızıl çağının ən əhəmiyyətli adlarından biri olaraq" aktrisaya xüsusi Oskar mükafatı verib. Bakalın "Özümün" adlı bioqrafik kitabı ölkəsində Milli Kitab Mükafatına layiq görülüb.

Tarix
2014.08.13 / 19:19
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla