Yuxarı

3 nəfəri bıçaqlayan şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakinlərinə bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərverir ki, mayın 30-da Xətai rayonu, M.Hadi küçəsində yerləşən "Yaşıl ada" kafesində İsmayıllı rayon sakini Mərhəmət Quliyev münaqişə zəminində Bakı şəhər sakinləri Tərlan Məmmədova, Binnət Əhmədova və Elnur Məmmədova bıçaqla xəsarət yetirib.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Quliyev tutulub.

Mayın 30-da Yardımlı rayonu, Kürəkçi kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Samir Hüseynov ailə münaqişəsi zəminində arvadı Fəridəni bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

Yardımlı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov tutulub.

Ötən gün Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Məryəm Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aytən Abbasova tutulub.

Tarix
2014.05.31 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla