Yuxarı

8 yaş, 50 rəsm və ilk fərdi sərgi – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də 8 yaşlı Leyli Heydərlinin fərdi sərgisi keçirildi.

Axar.az xəbər verir ki, mayın 25-də "Müasir İncəsənət Mərkəzi"ndə 8 yaşlı məktəbli Leyli Heydərlinin 50-yə yaxın rəsminin yer aldığı fərdi sərgisi təşkil olunub.

Sərgini Leylinin anası Nurana xanım təşkil etmişdi. Tədbirdə gənc rəssamın yaxınları, qohumları ilə yanaşı müəllimləri, müxtəlif incəsənət adamları da iştirak edirdi.

Dərslərindən əlavə rəqs, şahmat və ingilis dili ilə də məşğul olan balaca rəssamın rəsm yaratmaq həvəsi çox böyükdür və gələcəyə böyük planları var. Məqsədi yaxşı təhsil alıb yeni sərgilər təşkil etmək, rəssamlığın sirrlərini öyrənmək və daha böyük zirvələri fəth etməkdir.

Xatırladaq ki, kiçik yaşlarından qələmi böyük cəsarətlə tutan bu balaca qız 2009-cu ildən Uşaq Rəsm Qalereyasında ilk rəsm dərslərini almağa başlayıb. Sonra dərslərini "İlk addım" dərnəyində davam etdirib. Hazırda Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında Sara xanımın yanında dərslərini davam etdirir.

Axar.az Leyli Heydərlinin sərgisindən hazırlanan video-sujeti təqdim edir:

Tarix
2014.05.27 / 21:23
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla