Yuxarı

Parisdə “Azərbaycan jurnalistlərinin durumu” müzakirə ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə, UNESCO-nun Baş Qərargahında "3 May - Dünya Mətbuat Azadlığı Günü" münasibətilə beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Axar.az"a Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib. 05-06 may tarixində keçiriləcək konfransın ümumi mövzusu "Daha yaxşı gələcək naminə media azadlığı: 2015-ci ilədək olan inkişaf gündəliyinin formalaşdırılması"dır. Konfrans, "2015-ci ilədək olan inkişaf gündəliyinin formalaşdırılması"; "Jurnalistlərin təhlükəsizliyi və cəzasızlığa qarşı mübarizə qanunlarının təkmilləşdirilməsi"; "Media: azadlıq və inkişaf" kimi 3 paneldən ibarət olacaq.

Konfransda, UNESCO başda olmaqla, aidiyyəti üzrə beynəlxalq təşkilatların rəhbərləri çıxış edərək söz və ifadə azadlığının qlobal durumu ilə bağlı müzakirələr aparacaqlar. Həmçinin, ayrı-ayrı ölkələrdən dəvət edilən jurnalist təşkilatlarının təmsilçilərinin hesabatları dinləniləcək.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, rəhbərlik etdiyi qurum Forumun "Jurnalistlərin təhlükəsizliyi və cəzasızlığa qarşı mübarizə qanunlarının təkmilləşdirilməsi" panelində iştirak üçün dəvət alıb. JuHİ sədri toplantıya qatılacaqlarını və Azərbaycan jurnalistlərinin mövcud durumu barədə dolğun informasiya verəcəklərini bildirib.

Tarix
2014.05.04 / 11:30
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla